Riyaziyyat və Mexanika İnstitutunda növbəti iclas
Aprelin 12 –də AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib.
12 Aprel 2017 18:35 SosialAprelin 12 -də AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib. AMEA - dan "Olaylar" - a bildirilib ki, şuranın iclasında 10 şöbə üzrə kiçik elmi işçi, elmi işçi, böyük, aparıcı və baş elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə keçirilib. 13 nəfər tutduğu vəzifəyə gizli səsvermə yolu ilə yekdilliklə seçiliblər. AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fikir mübadiləsi aparılıb və dosent Eldar Abbasov koordinator təyin olunub.