Musiqili Teatrın 80 yaşlı əməkdaşı mükafatlandırıldı
Musiqili Teatrının əməkdaşı Dolores Bəymuradova mükafatlandırılıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bu barədə əmr imzalayıb.
12 Aprel 2017 18:45 MədəniyyətMusiqili Teatrının əməkdaşı Dolores Bəymuradova mükafatlandırılıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bu barədə əmr imzalayıb. Əmrə əsasən teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə hazırda teatrda müqavilə yolu ilə çalışan orkestr artisti (konsertmeyster) Bəymuradova Dolores Rəhimovna mükafatlandırılıb.
Dolores Bəymuradova 1961-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb. Kontrabas ifaçısı olan D. Bəymuradova teatrın cari repertuarında olan tamaşaların böyük əksəriyyətində çıxış edib.