“Türk sənəti, Tarixi və Folkloru Konqresi. Sənət fəaliyyəti”

Aprelin 12 – də AMEA Tarixi Muzeyində “Türk sənəti, Tarixi və Folkloru Konqresi. Sənət fəaliyyəti” adlı VII Beynəlxalq Konfrans öz işinə başlayıb. 11-15 aprel tarixlərində keçirilən konfrans Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığının təşkilatçılığı ilə hazırlanıb.

Aprelin 12 - də AMEA Tarixi Muzeyində "Türk sənəti, Tarixi və Folkloru Konqresi. Sənət fəaliyyəti" adlı VII Beynəlxalq Konfrans öz işinə başlayıb. 11-15 aprel tarixlərində keçirilən konfrans Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığının təşkilatçılığı ilə hazırlanıb.

Muzeydən "Olaylar" - a bildirilib ki, konfrans türk incəsənəti, tarixi, ədəbiyyatı, musiqisi və mədəniyyəti mövzularını əhatə edir. Konfransı giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, Türkiyədən gələn qonaqları salamladı, onları yenidən muzeydə görməkdən məmnun olduğunu bildirdi.

Daha sonra konfrans Prof. Dr. Mustafa Severin çıxışı ilə öz işinə başladı. Konfrans 15 aprel tarixinə qədər davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31