Bakıda bina çökdü: 2 nəfər ölüb, 4-ü yaralanıb

Bakıda tikilməkdə olan bina çöküb. Məlumata görə, Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzinin binasında baş verən uçqun nəticəsində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Bakıda tikilməkdə olan bina çöküb. Məlumata görə, Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzinin binasında baş verən uçqun nəticəsində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə zamanı binada 6 nəfər olub. Onlardan 2-nin meyiti çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 1-ə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31