Baş Prokurorluq Dortmunddakı partlayışı terror adlandırdı: Saxlanılan var
Almaniyanın Baş Prokurorluğu Dortmunddakı partlayışın terror aktı olduğunu açıqlayıb. Baş Prokurorluq hadisənin törədilməsində "İslam izinin" olduğunu istisna etməyib. Məlumata görə, terror aktının törədilməsində iki dini ekstremist şübhəli bilinir. Onlardan biri həbs olunub.
12 Aprel 2017 17:02 DünyaAlmaniyanın Baş Prokurorluğu Dortmunddakı partlayışın terror aktı olduğunu açıqlayıb. Baş Prokurorluq hadisənin törədilməsində "İslam izinin" olduğunu istisna etməyib. Məlumata görə, terror aktının törədilməsində iki dini ekstremist şübhəli bilinir. Onlardan biri həbs olunub.
Qeyd edək ki, ötən gecə Çempionlar Liqasının "Borussiya" (Almaniya) və "Monako" (Fransa) arasında ¼ final oyunundan əvvəl dortmundluların avtobusu qarşısında törədilən üç partlayış nəticəsində Almaniya klubunun ispaniyalı müdafiəçisi Mark Bartra xəsarət alıb. Report.az