Komitə tələbələr üçün müsabiqə elan etdi

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümumilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda tələbələr arasında məqalə müsabiqəsi elan edib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümumilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda tələbələr arasında məqalə müsabiqəsi elan edib. Komitədən verilən məlumata görə,  müsabiqədə iştirak etmək istəyən tələbələr 30 aprel 2017-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) [email protected] elektron ünvanına göndərə bilərlər. Müsabiqəyə təqdim olunacaq məqalələr arial  şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Məqalələr azərbaycan və rus dillərində təqdim oluna bilər. Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31