Dollara tələbat niyə azalıb?

Ölkədə milli valyutayanın möhkəmlənməsi dollara olan tələbatın azalmasına səbəb olub. Baxmayaraq ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi xeyli dərəcədə artıb, ölkəyə gələn turistlərin sayı çoxalıb, ancaq fakt ondan ibarətdir ki, xarici valyutaya tələbat azalıb. İqtisadçı ekspert Vuqar Bayramov qeyd edib ki, doğrudan da son günlər dollara tələbin yenidən azalması müşahidə edilir.

Bunun manata təsiri nədən ibarət ola bilər?

Ölkədə milli valyutayanın möhkəmlənməsi dollara olan tələbatın azalmasına səbəb olub. Baxmayaraq ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi xeyli dərəcədə artıb, ölkəyə gələn turistlərin sayı çoxalıb, ancaq fakt ondan ibarətdir ki, xarici valyutaya tələbat azalıb. İqtisadçı ekspert Vuqar Bayramov qeyd edib ki, doğrudan da son günlər dollara tələbin yenidən azalması müşahidə edilir. Onun sözlərinə görə, dollara olan tələbin azalmasının üç mühüm səbəbi var: "Mərkəzi Bankın depozit hərracları manat bazasını qısa müddətli olsa da belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. İkincisi, banklardan vəsaitlərin nağdlaşdırılmasına tətbiq edilən limitlər nağd pul, xüsusən M0 aqreqatının həcmini kəskin azaldıb. Yəni, hətta büdcədən hesablara ayrılan və eləcə də özəl şirkətlərinin özlərinin gəlirlərinin nağdlaşdırma ilə bağlı qadağaların tətbiq edilməsi manat kütləsinin həcmini azaldır. Qeyd edim ki, sadələşdirilmiş vergi subyektləri ay ərzində 15, əlavə dəyər vergisi ödəyiciləri isə 30 min manat nağdlaşdıra bilərlər. Nəticədə, əslində dollara tələb yaradacaq və valyuta bazarında məzənnəni optimallaşdıracaq vəsaitlər bank hesablarındadır və onlar bazara daxil olmur. Üçüncüsü təbii ki, psixoloji təsirlərdir ki, bu da birbaşa əhalinin dollar təklifinin artırır. Buna görə də, növbəti dövrdə milli valyutanın məzənnəsinin necə dəyişməsi birbaşa manat bazasının həcmindən asılı olacaq". Onun sözlərinə görə, yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə aldıqda o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyili aşağı düşüb: "Əgər, manat bazasının məhdudlaşdırılması prosesi davam edərsə o zaman dollara tələb aşağı olaraq qalacaq. Dollara tələbi sadəcə dövriyyədə manat kütləsinin artması yüksəldə bilər. Digər tərəfdən də, nəzərə almaq lazımdır ki, manatın bazasının məhdudlaşdırılması qısa müddətli dövr üçün nəzərdə tutlan siyasət olmalıdır. Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələri təşviq edilə bilsin". Xatırladaq ki, vətəndaşların öz xarici valyutalarını manat çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini şərtləndirən səbəblərdəndir.Təbii ki, manat bazasının azalması fonunda büdcənin infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir. Təbii ki, manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur. Və burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır. Manatın məzənnəsi necə dəyişə bilər? Manat hansı hallarda möhkəmlənməkdə davam edə bilər? Belə halda manatın məzənnəsi hansı istiqamətdə inkişaf edə bilər? Ekspert bildirib ki, gözlənildiyi kimi, Mərkəzi Bank Dövlət Neft Fondundan transfer edilən 7.5 milyard manatı hərraclara çıxarmayacaq. Baş bank digər alətlərdən istifadə edərək dollara olan tələbi optimallaşdırır: "Əgər sözügedən vəsaitdən Beynəlxalq Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə o zaman növbəti aylarda da Beynəlxalq Bank da hərraclarda az görsənəcək. Belə olan halda isə Mərkəzi Bank üçün manatın mövcud məzənnəsini qorumaq xeyili asan olacaq. Çünki bu hərracda əsas alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir. Əgər bu ssenari baş verərsə o zaman manatın məzənnəsində stabillik əldə etmək mümkündür. Təbii ki, burada manat bazası, idxalın minimumlaşdırılması, büdcə konsolidasiyası, neftin dünya bazar qiyməti kimi faktorları da yaddan çıxartmaq olmaz. Aydındır ki, büdcədən infrastruktur xərcləmələri artdıqca manat bazası genişlənəcək və idxal ehtiyacı yüksələcək və belə hallarda isə hərracalara daha çox valyuta çıxarmaqla prosesi tənzimləmək lazım olacaq. Liberal məzənnə siyasətini tətbiq edən ölkələrdə milli valyutaların ilk 6 ayda bazar dəyərini tapması müşahidə edilib. Bu isə o deməkdir ki, oxşar təcrübə bizdə də təkrarlanarsa o zaman 2017-ci ilin birinci yarısında manatın bazar dəyərinə nail olmaq mümkündür. Bu milli valyutanın kursunda volatilliyinin azalmasına səbəb ola bilər. Məhz Mərkəzi Bankın da əsas hədəfi bu olmalıdır. Çünki məhz bundan sonra əks-dollarlaşma prosesinə başlamaq mümkündür. Əks-dollarlaşma prosesi ilə yanaşı isə manatın bazasının mərhələli genişlənməsi və bununla da iqtisadi aktivliyi bərpa etmək lazımdır.Bəs, hansı halda dollar yenidən möhkəmlənə bilər? Dövriyyədə manat kütləsinin artması dollara yenidən tələb formalaşdıra bilər. Yəni, əgər Mərkəzi Bank manat sterilizasiyasını dayandırarsa, büdcənin infrastruktur xərcləri artarsa və eləcə də Beynəlxalq Bank bazardakı aktivliyini artırarsa bu yenidən dollara tələbi artıra bilər. Amma görünən budur ki, hələlik manat bazasının genişləndirilməsi gündəmdə deyil. Bütövlükdə istənilən qiymətləndirmə göstərir ki, növbəti aylarda yenə də Mərkəzi Bankın hansı tənzimləyici alətlərdən istifadə etməsi əhəmiyyətli olacaq. Bazardakı psixoloji effektləri nəzərə alsaq manatın yenidən ucuzlaşmasının qarşıının alınması imkanları indi əvvəlki dövrlərə nisbətən daha yüksəkdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən hal-hazırda psixoloji üstünlük manatın tərəfindədir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31