Rəhim Qazıyevin nazir olarkən yol verdiyi korrupsiya faktları
Sabiq müdafiə naziri Rəhim Qazıyev mütəmadi mətbuata müsahibələr verərək keçmiş hərəkat yoldaşları, eləcə də hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan şəxslərin bostanına daş atır. Bu günlərdə sabiq nazir yenə öz ənənəsinə sadiqlik nümayiş etdirib. Bu dəfə Rəhim Qazıyevin əsas hədəf obyekti Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və BXCP sədri Qüdrət Həsənquliyev olub. Belə ki, sabiq nazir "Təzadlar" qəzetinə verdiyi müsahibəsdə deyib ki, guya onun bir sifəti var və nə Fazil Mustafa, nə də Qüdrət Həsənquliyev ola bilməz ki, deputat mandatı əldə etsin: “Mənim 75 yaşım var, həmişə də bir sifətim olub".
12 Aprel 2017 13:56 SiyasətSabiq nazir 1 kiloqram yağı dəyərindən 8 dəfə artıq necə sənədləşdirib?
Sabiq müdafiə naziri Rəhim Qazıyev mütəmadi mətbuata müsahibələr verərək keçmiş hərəkat yoldaşları, eləcə də hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan şəxslərin bostanına daş atır. Bu günlərdə sabiq nazir yenə öz ənənəsinə sadiqlik nümayiş etdirib. Bu dəfə Rəhim Qazıyevin əsas hədəf obyekti Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və BXCP sədri Qüdrət Həsənquliyev olub. Belə ki, sabiq nazir "Təzadlar" qəzetinə verdiyi müsahibəsdə deyib ki, guya onun bir sifəti var və nə Fazil Mustafa, nə də Qüdrət Həsənquliyev ola bilməz ki, deputat mandatı əldə etsin: "Mənim 75 yaşım var, həmişə də bir sifətim olub".

Sabiq müdafiə nazirinin hədəf seçdiyi siyasilər tərəfindən cavablar gecikməyib. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib ki, onun siyasi mövqeyi, elmi baxışları kimlərinsə xoşuna gəlməyə bilər və bunu normal qarşılayır: "Allah, Millət və Vətən qarşısında da alnıaçıq hesabat verəcəyimə əmin olmazsam, bu gün siyasətin içində olmağı özümə həqiqətən rəva bilmərəm. Ancaq bu üz, sifət, həya mövzusunun Rəhim Qazıyev kimi birisinin dilindən səslənməsi mənə xeyli gülməli göründü. Əmin olduğum bir şey var ki, öz mənasız ömür kitabını adam daha diqqətlə vərəqləsə, o zaman Fazil Qəzənfəroğlu olmağın özü üçün böyük bir şərəf olduğunu dərhal anlardı. Bu yerdə nədənsə xatirimə "Nəsimi" filmindəki bir epizod düşdü. Teymur saray əyanlarının yanında Əlincə qalasındakı uğursuzluğa görə oğlu Miranşaha qarşı sərt davranış göstərir. Miranşah qayıdır ki: "Hökmdar, bəs mənim şərəfim, ləyaqətim?" Teymurun cavabı həqiqətən ibrətamizdir: "Sən öz şərəfini, ləyyaqətini Əlincə qalasında itirmisən". İndi bu Rəhim Qazıyev hələ də anlamır ki, "öz şərəfini, ləyaqətini Şuşa qalasında itirmiş" və buna görə "başına güllə çaxmağı unutmuş" birinin "bir sifətdən" danışması nə deməkdir. Ancaq Rəhim Qazıyevə tövsiyə edirəm ki, özü üçün həmişə qürur yeri olan o "bir sifət"ini möhkəm-möhkəm qorusun. Çünki bu millət üçün yüzlərlə and yeri olmaqla yanaşı, hər dəfə islatmaq üçün bu cür xain sifətlərin də olması vacibdir ki, gələcəkdə kimsə şərəfini, ləyaqətini itirib Vətən torpağının alverçisinə çevrilməsin".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib ki, AXC-nin iflasında Rəhim Qazıyevin böyük xidmətləri olub və Azərbaycanda demokratiya istəyən insanların hamısı ona layiqli cavab verməlidir: "Heç kim Rəhim Qazıyevin Milli Məclisin qarşısında Əbüllfəz Elçibəyi sinəsindən itələməyini yadından çıxarmayıb. Onun Rusiyanın xüsusi xidmət orqanları ilə gizli danışıqlarının hamısını xalq hərəkatında bilməyən adam yoxdur. Çox təəssüf ki, onun kimi adamlar əfv olundu və əslində Rəhim Qazıyev layiqli cəzanı almışdı. Onun cəzası ömürlük həbs idi və bunu da almışdı. Rəhim Qazıyevin yeri elə ömürlük həbsxana idi" BAXCP rəsmisi bildirib ki, Rəhim Qazıyev bu millətə, dövlətə və xalqa xəyanət etmiş biridir, satqındır: "Rəhim Qazıyev ölkəni əslində vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan dövlətçilyi dağılmaq üzrə idi. Dövlətin bu vəziyyətə düşməsinin birinci səbəbgari onun kimi yaramazlar idi. Gəncədəki qiyamı da dəstəkləyən məhz sabiq müdafiə naziri olub". Niyaməddin Orduxanlının sözlərinə görə, Rusiya ilə gizli oyunlar girən sabiq nazirin məxfi danışıqlarını o zaman prezidentin yanında xüsusi xidmət orqanının rəhbəri olmuş Cavanşir bəy qeydə ala bilmişdi: "Bunu Rəhim Qazıyev özü də çox yaxşı bilir. Bütün bu xəyanətlərindən sonra qaçıb Rusiyaya gedən Rəhim Qazıyevin elə orada da həbs edib gətirdilər. Necə ola bilərdi ki, Rusiyadan müstəqlik istəyən guya xalq hərəkatının "lideri" olan Rəhim Qazıyev sonradan qacıb Rusiyanın müdafiə naziri olan Qraçovdan sığınacaq istəyir? Elə bu fakt onu sübut edir ki, Rəhim Qazıyev satqın olub. O, Azərbaycanda Qraçovun agenti kimi tanınıb. Bunu hər kəs yaxşı bilir". BAXCP rəsmisi onu da diqqətə çatdırıb ki, Rəhim Qazıyev iddia etdiyi kimi heç də özü istefa verməyib və törətdiyi xəyanətkar əməllərinə görə, istefaya göndərilib: "Rəhim Qazıyev heç də könüllü şəkildə istefa verməyib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, o zaman Müdafiə Nazirliyində yoxlamalar aparılıb və yoxlama nəticəsində ciddi mənimsəmə faktları aşkar edilib. Həmin sənədlər bu gün də Əli Kərimlidə durur. Əli Kərimli istədiyi vaxt həmin sənədləri açıb ortaya qoya bilər. Araşdırmalar nəticəsində bəlli olub ki, 1 kiloqram yağı dəyərindən 8 dəfə baha qiymətə alınıb. Şişirdilmiş vəsait isə mənimsənilib. Bununla da Rəhim Qazıyevin korrupsiya əməlləri üzə çıxıb. O zaman cəbhə hakmiyyəti bunu açıb- ağartmadı və əvəzində Rəhim Qazıyevə dedilər ki, istefa ver. O, da məhz həmin hadisədən sonra istefa verib. Bir daha qeyd edirəm ki, həmin sənədlərin surəti, 86 səhifəlik sənədlər Əli Kərimlidədir. Əli Kərimli dövlət katibi kimi istefa verərəkən məlum sənədləri özü ilə götürüb. Bunu Xalq Cəbhəsində bilməyən yoxdur. Düzdür, indi sabiq nazir Əli Kərimli ilə dostlaşıb və buna görə, həmin sənədlər Əli Kərimli çap etməz. Əgər həmin yoxlamanın nəticələri müvafiq dövlət orqanlarında qalıbsa, bunu çapa edə bilərlər".
Füzuli