Malena Mard: "Enerji forumu fikir mübadiləsi üçün yaxşı platformadır"
Avropa İttifaqı (Aİ) Azərbaycanda enerji sahəsində keçirilən tədbirlərdə maraqlıdır. Bunu IV beynəlxalq "Caspian Energy" forumunda iştirak edən Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib.
12 Aprel 2017 13:18 SiyasətAvropa İttifaqı (Aİ) Azərbaycanda enerji sahəsində keçirilən tədbirlərdə maraqlıdır. Bunu IV beynəlxalq "Caspian Energy" forumunda iştirak edən Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib. O qeyd edib ki, bu forum enerji sahəsində fikir mübadiləsi üçün yaxşı platforma yaradır: "Energetika, nəqliyyat və ətraf mühit üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası zamanı biz azərbaycanlı həmkarlarımızla enerji sahəsi üzrə danışıqlar aparmaq və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi perspektivlərini müzakirə etmək imkanı əldə etdik". Trend.az