Gündəm
Hərbi təlimlər həm işğalçıya, həm də ona havadarlıq edənlərə bir xəbərdarlıqdır
“İşğalçı Ermənistan ordusu Ağdamın Üzündərə adlanan ərazisində ağır artilleriya və zirehli texnikanın da cəlb olunduğu geniş təlimlərə başlayıb. Bizi belə bir düşmənlə etimad mühiti yaratmağa səsləyən Minsk qrupu həmsədrləri görəsən niyə susurlar?” “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib: “Mümkündürmü bu cür düşmənə etimad etmək, bizim vəziyyətimizdə olsaydılar, özləri edərdilərmi? Yox, etməzdilər.
“Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ilk rübündə 1 226 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən Şuşa rayon bir sıra orta məktəblərinin yuxarı sinif şagirdlərinin və valideynlərinin iştirakı ilə “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda keçirilən peşəyönümü tədbirində məlumat verilib.
“Putin NATO-su”na erməni baş katib təyin olundu
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib təyin olunub. Baş katib postuna Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov təyin edilib.
Rusiyada naməlum şəxs uşaqlara atəş açıb
Orenburqda kişi binanın həyətində oynayan uşaqlara atəş açıb. Naməlum şəxs çoxmərtəbəli evin pəncərəsindən həyətdə oynayan uşaqlara bir neçə atəş açıb. Nəticədə 13 yaşlı bir uşaq xəsəxanaya yerləşdirilib.
Lavrov: "ABŞ beynəlxalq hüququ və BMT nizamnaməsini kobud şəkildə pozub"
"Moskva, Dəməşq və Tehran ABŞ-ın Suriyaya raket zərbələrini təcavüz aktı kimi qiymətləndirib". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı və suriyalı həmkarları ilə keçirdiyi üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Qatar məktəbliləri daşıyan mikroavtobusla toqquşdu: ölənlər var
Bu gün Rusiyada yük qatarı məktəblilərin olduğu mikroavtobusla toqquşub. Hadisə Omsk vilayətinin Novovarşavsk rayonunda tənzimlənməyən keçiddə baş verib. Mikroavtobusda 10 şagird olub. Qəza nəticəsində sürücü və şagirdləri müşayiət edən şəxs ölüb, bir uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Binəli Yıldırım: "İstefa verəcəyəm"
Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib ki, konstitusiya dəyişiklikləri ölkənin federal sistemə keçidinə gətirib çıxaracaqsa, istefa verəcək. Ankarada mitinqdə çıxış edən B.Yıldırım Türkiyənin bu cür sistemə keçidinin mümkün olmadığını deyib.
Erməni siyasi məhbus və arvadı aclıq aksiyası keçirir
19 iyul Sari Tağda baş verən hadisələr zamanı həbs edilən erməni siyasi məhbus Hraçya Boyacyan artıq 10 gündür ki, aclıq aksiyası keçirir.
Qarabağdan barıt qoxusu gəlir
Ermənistan seçki şousunu başa vurduqdan dərhal sonra Qarabağda yenidən hərbi hərəkətliliyi artırmağa başlayıb. Belə ki, artıq iki gündür ki, işğalçı ölkə işğal altında saxladığı Ağdam rayonunun ərazilərində ağır artileriyadan da istifadə etməklə hərbi təlimlərə start verib. Birmənalı olaraq Azərbaycanı təhdid xarakteri daşıyan bu təlimlər regionda yenidən müharibə riskini artırıb. Buna rəğmən problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu hələ də Yerevanın müharibə ritorikasına qarşı hansısa münasibət bildirmir.
Elm və təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı
Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.
Naxçıvanda 1202 tarix və mədəniyyət abidəsi pasportlaşdırılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncamına əsasən AMEA Naxçıvan Bölməsində tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işləri davam etdirilir.
TRT-nin aparıcısı "erməni" şərhinə görə üzr istədi
Avropa Liqasının 1/4 finalında keçirilən "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insident yaşanıb.
Çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə ötən günlər ərzində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq, qismən də yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-220, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
Millidə yeni məşqçi
Lukas Alkaras Əlcəzair milli komandasına yeni baş məşqçi təyin olunub. İspaniyalı mütəxəssis La Liqada çıxış edən "Granada"dan istefaya göndərildikdən cəmi 3 gün sonra bu vəzifəni tutub. O, aprelin 10-da "Valensiya"ya 1:3 hesablı məğlubiyyətdən sonra qovulub. Akaresi "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams əvəzləyib. Hazırda "Qranada" İspaniya çempionatında 19-cu pillədə qərarlaşıb.
"Qəbələ" “Krasnodar”la oynayacaq
Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında "İzmir Cup"da qrup mərhələsinə yekun vurulub. H qrupunda mübarizə aparan "Qəbələ"nin U-12 komandası bu mərhələdə 5 matç keçirib. "Qırmızı-qaralar" "Manisa Bələdiyyəspor", "Kamalpaşa 1923" və Muğla yığması ilə qolsuz heç-heçə edib. "Altınordu"ya 0:1 hesabı ilə uduzan "Qəbələ" Almaniyanın "Ayntraxt" (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb - 3:0.














