Lavrov: "ABŞ beynəlxalq hüququ və BMT nizamnaməsini kobud şəkildə pozub"

"Moskva, Dəməşq və Tehran ABŞ-ın Suriyaya raket zərbələrini təcavüz aktı kimi qiymətləndirib". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı və suriyalı həmkarları ilə keçirdiyi üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib. 

"Üçtərəfli formatda dialoq artıq ənənə halını alıb. Görüşdə ABŞ-ın hərbi aerodroma raket zərbələrindən sonra Suriyada yaranan vəziyyəti müzakirə etdik. Mövqelərimizi bir daha təsdiq etdik, mövqeyimiz eynidir. Bu mövqe ondan ibarətdir ki, ABŞ beynəlxalq hüququn prinsiplərini və BMTnizamnaməsini kobud şəkildə pozub", - deyə Rusiya XİN başçısı söyləyib. 
 
Lavrov bildirib ki, Rusiya, Suriya və İranın Suriyada kimyəvi silah hücumu ilə bağlı insidentin Kimyəvi silahların qadağan olunması üzrə Təşkilat (OPCW) tərəfindən diqqətli araşdırılmasına təkid edir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31