Çin İranın suverenliyini və təhlükəsizliyini müdafiə etməkdə onu dəstəkləyir-ÖZƏL

Çin hökuməti İranın milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün atdığı addımları dəstəkləyir. Olaylar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Pekində İran Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri Qani ilə görüşündə bildirib.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, "Çin İranın suverenliyini və təhlükəsizliyini qorumaqda onu dəstəkləyir və Çin-İran münasibətlərinin daha da inkişafını təşviq etmək üçün İran tərəfi ilə işləməyə hazırdır".
Vanq Yi əlavə edib ki, "Beynəlxalq vəziyyətin qeyri-sabitliyinə və dəyişkənliyinə baxmayaraq, Çin və İran arasındakı münasibətlər sabit şəkildə inkişaf etməyə davam edir ki, bu da hər iki ölkə xalqlarının fundamental maraqlarına uyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31