Gündəm

Deputat siqaretin satış qiymətinin qaldırılmasını təklif edib

14 Aprel 2017 15:50

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputatlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ətrafında çıxışlar ediblər.

6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı

14 Aprel 2017 15:41

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə  6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirilib. Dinləmələrin növbəti həftəsində Şərq poeziyasınını nəhəng simalarından biri Xəqani Şirvaninin qəzəllərinə müraciət edildi.

"Məscid yığışıb qərarlar qəbul etmək üçün yer deyil"

14 Aprel 2017 15:33

Milli Məclisin aprelin 14-də keçirilən iclasında Hesablama Palatasının hesabatı dinlənilib. Hesabatı təqdim edəm HP sədi Vüqar Gülməmmədov qeyd edib ki, ötən il dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.

Suriya XİN başçısı: "Kimyəvi silahımız yoxdur"

14 Aprel 2017 15:27

"Moskva, Tehran və Dəməşq Suriyada terrorçuluğa qarşı birgə mübarizəni davam etdirəcək". Bunu Suriyanın xarici işlər naziri Valid Muallem iranlı və rusiyalı həmkarları ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.  "Mən Rusiya və İrana verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Suriya torpağını terrorçulardan təmizləməyə davam edəcəyik", - deyə Suriya XİN başçısı vurğulayıb. 

Cənubi Qafqazda geosiyasət: Ermənistanın müharibə arzusu

14 Aprel 2017 15:25

Qlobal səviyyədə supergüclərin nüfuz uğrunda mübarizəsi müxtəlif regionlarda risk faktorunu daha da aktuallaşdırıb. O cümlədən Cənubi Qafqazda proseslərin inkişaf ssenariləri maraq doğurur. Avropanın "beyin mərkəzləri" bununla bağlı maraqlı proqnozlar verirlər. Onların mövqeləri bir sıra aspektlərdə fərqlənir. Başlıcası isə Rusiya və münaqişələr məsələsində düşündürücü tezislər irəli sürürlər. Erməni analitiklər daha çox müharibədən bəhs edirlər. Onlar hesab edirlər ki, yalnız yeni müharibə Ermənistanı müstəqil edə bilər. Bu savaş ABŞ-la Rusiya arasında olmalıdır. Kifayət qədər təhlükəli olan bu fikrin fonunda Cənubi Qafqazda geosiyasi mənzərənin gələcəyi narahatlıq doğurur. Doğrudanmı, dünya növbəti erməni təxribatına uyacaq?

MSN hərbi texnika və hərbi obyektləri məhv edəcək pilotsuz uçuş aparatının yaradılmasına başlayıb

14 Aprel 2017 15:19

Yaradılması Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində aparılan və artıq silahlanmaya tövsiyə olunan “Yalquzaq” snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik  avtomatların, F-1 tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kim i təqdim edən şəxs tutuldu

14 Aprel 2017 15:17

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs tutulub. Bu haqda  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçmiş MTN polkovniki məhkəmədə ifadə verib: "Onun xarici ölkə vətəndaşı ilə əlaqəsi üzə çıxmışdı"

14 Aprel 2017 15:15

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Ölkəyə gətirilən arzuolunmaz qida əlavələrinə son qoyulacaq

14 Aprel 2017 15:09

“"Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) istehlakçılar müraciət edərək dərman pereparatlarının təsirsizliyindən, içliklərin Azərbaycan dilində olmamasından, qida əlavələrinin dərman peraparatı adi İlə satılaraq istehlakçıların sağlamlığına zərər vurulmasından şikayətlənirlər”.

İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi

14 Aprel 2017 15:07

“İslam Həmrəyliyi İli” çərçivəsində Şəkidə “İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi” mövzusunda konfrans keçirilib.

Ekspert: “İstedadlı uşaq anadangəlmə istedadlı olur”

14 Aprel 2017 15:05

“Hər bir uşağın təhsil almaq hüququ var və bu hüquqdan da bütün kateqoriyadan olan uşaqlar istifadə edə bilərlər. Bəzi lisey və gimnaziyaların isə məktəb yaşına çatmış uşaqları birinci sinfə qəbul zamanı kiçik imtahandan keçirmələri düzgün deyil. İlk olaraq onu nəzərə almaq lazımdır ki, özünə güvənən uşaq əgər ilk imtahandan uğurla keçməsə, liseyə qəbul olunmasa, bu, həmin uşaqlarda özünə güvənin azalması və təhsil alma həvəsinin yox olmasına gətirib çıxara bilər. Belə hal uşağın hətta psixoloji durumuna da təsirsiz ötüşmür”. Bunu  Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

Ölkədə siqaret çəkən qadınların sayı artıb

14 Aprel 2017 15:03

“Son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.Deputatın sözlərinə görə, aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67.5 faizi, qadınların isə 52.3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkirlər.“Bu narahatçılıq əsasən ictimai yerlərdə baş verir”.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri genişləndirildi

14 Aprel 2017 15:01

Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri genişləndirilir. “Olaylar” xəbər verir ki, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi ilə bağlı layihə Milli Məclisin  plenar iclasında müzakirəyə çıxarılıb. Əsasnamənin 5-ci maddəsinə yeni 5.8 bəndi əlavə edilir.

Musiqili Teatrda Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq

14 Aprel 2017 15:00

Bu il böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq artisti, “Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 85 ili tamam olur. Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Hacıbaba Bağırovun 85 illik yubileyi Musiqili Teatrında qeyd olunacaq.

Müəllim və valideynlər dinlənilib  

14 Aprel 2017 14:58

Aprelin 14-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.