Tramp konqresə seçkilərdən sonra İrana zərbələri bərpa etməyi nəzərdən keçirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "The Atlantic" jurnalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq parlament seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək variantlarını nəzərdən keçirir. Müdafiə naziri Pit Heqset və komandanlıqla müzakirə olunan ssenarilərə bir neçə saatlıq lokal zərbələrdən tutmuş, İranın nüvə proqramı, HHM sistemləri və hərbi infrastrukturuna yönəlmiş çoxgünlük əməliyyatlar, habelə Hürmüz boğazının dəniz blokadasının saxlanılması daxildir. Qeyd edək ki, Fevralın 28-də başlayan və yayda nisbi səngiyən ABŞ-İran hərbi münaqişəsi hələ də yekun həllini tapmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31