"Məscid yığışıb qərarlar qəbul etmək üçün yer deyil"
Milli Məclisin aprelin 14-də keçirilən iclasında Hesablama Palatasının hesabatı dinlənilib. Hesabatı təqdim edəm HP sədi Vüqar Gülməmmədov qeyd edib ki, ötən il dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.
14 Aprel 2017 15:33 SosialDeputat: "İmkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin"
Milli Məclisin aprelin 14-də keçirilən iclasında Hesablama Palatasının hesabatı dinlənilib. Hesabatı təqdim edəm HP sədi Vüqar Gülməmmədov qeyd edib ki, ötən il dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib. Palata sədri əlavə edib ki, 2015-ci ilin İş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan 2 audit də nəzərə alınmaqla 2016-cı ildə 76 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilib, Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilmiş tədbirin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin auditlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək. Deputat Əli Məsimli bildirib ki, hesabat daha çox faktaloji materiallara hesablandığı üçün əvvəlki dövrlərdəkindən fərqlənir, ona görə də sənədi müsbət qiymətləndirmək olar. Bununla belə, deputat qeyd edib ki, büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmaq effektli deyil: "Pensiya yaşının artırılması, işıq, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəyik. Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Hər halda biz kolgə iqtisadiyyatından daha çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik". Onun sözlərinə görə, büdcəyə bərpa olunan vəsait dəryada damladır:"Amma zəruri tədbirlər görülsə, on milyonlarla vəsaiti büdcəyə bərpa etmək olar.Biz büdcənin vəsaitinin 10 faizinin xarici borcların ödənməsinə sərf etməyə başlamışıqsa, artıq bu, həyəcanlı məsələdir. Bir məktəbinm tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır, amma nə məktəb var, nə yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının inkişafı mümkün olmayacaq". Millət vəkili Fərəc Quliyev qeyd edib ki, heç kəsə sirr deyil ki, bəzi layihələrə ayrılan vəsaitlər ölkədən çıxarılıb. Niyə Hesablama Palatası bununla bağlı vaxtında tədbirlər görməyib? Millət vəkili qeyd edib ki, ölkədən nə qədər vəsaitin çıxarıldığı və hansı tədbirlərin görüldüyü barədə məlumat verilməlidir: "Dövlət büdcəsindən yayınan vəsaitlər hesabına villalar tikildi. Sonrada Bakı Şəhər İcra Hakimiyyəti bu villaları sökdü. Bu tikililər sökülməməli, dövlət mülkiyyəti sayılmalı, məktəb və ya bağça kimi istifadə olunmalıdır. Biz bu tikililəri sökməklə itirilmiş pulları bir daha itirmiş oluruq". Deputat Siyavuş Novruzov deyib ki, Hesablama Palatasına yeni səlahiyyət verilməlidir. Onun sözlərinə görə, maliyyə pozuntularına görə dövlət büdcəsinə və vətəndaşa ziyan dəyir: "Maliyyə pozuntusuna görə cəza müddəti müəyyənləşdirilir. Amma cəzanın ağırlığından asılı olmayaraq maliyyə pozuntusu zamanı mənimsənilən vəsait büdcəyə qayıtmır. İlk növbədə büdcədən oğurlanan vəsaitlər geri qaytarılmalıdır. Bunun üçün mütləq qanunvericiliyə dəyişiklik edilməlidir. Hesablama Palatasına hər hansı qurumda pozuntuların baş verməsi ilə bağlı bir siqnal daxil olan kimi, həmin qurum yoxlanılmalıdır. Bunun üçün Palataya yeni səlahiyyət verilməlidir. Palataya səlahiyyətlər verilsə, dövlətin büdcəsindən oğurlanan vəsaitin geri qaytarılması mümkün ola bilər. Belə olmadığı təqdirdə, biz uzunmüddətli məhkəmə çəkişmələrini gözləməli olacağıq".
Müzakirələrdən sonra hesabat müsbət qiymətləndirilib. Sonra deputatlar gündəlikdə duran qanun layihələrinin müxakirəsi zamanı müxtəlif məsələlərə toxunublar. Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, 2017-ci il Azərbaycanda "İslam Həmrəyliy ili" elan olunub. Bununla bağlı ölkəmizdə müxtəlif beynəlxalq konfranslar keçirilir. Bundan başqa bu il ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək Dünyanın 57 ölkəsindən ölkəmizə nümayəndə heyəti və dövlət başçıları gələcə. Ümumilikdə Azərbaycanda bu istiqamətdə kifayət qədər addımlar atılır, İslamın ən gözəl modeli ölkəmizdə tətbiq olunur. Azərbaycanda 2500-dən artıq məscidin tikildiyini deyən deputatın sözlərinə görə, ən qədim məscidlərdən biri olan Şamaxı, Gəncədə İmamrza məscidləridir ki, onlar Heydər Əliyev Fondu tərəfindən ən yüksək səviyyədə təmir olunaraq insanların ixtiyarına verilib: "Bundan başqa Bakıda tikilən "Heydər Məscidi" təkcə Cənubi Qafqazda deyil, bir çox müsəlmanlar ölkələrində olan məscidlərdən ən böyüyüdür. Bu məscidlərin əsas funskiyası insanların orada namaz qılıb ibadət etməsidir. Bu məscidlər hansısa qərarların qəbulu və addımların atılması üçün deyil. Bu baxımdan Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasını, ölkəmizdə "İslam Həmrəliyi ili"nin elan edilməsi, Azərbaycanın böyük bir missiyanı öz üzərinə götürməsini qəbul etməyən qüvvələr var ki, onlar islamı, terrorçu seperatçı kimi qiymətləndirirlər. Bunu etmək olmaz. Çünki, İslam mədəniyyət, inkşaf, elmdir". S. Novruzov qeyd edib ki. Azərbaycanda İslam Həmrəylik Oyunlarının keçirilməsi bəzi qüvvələri narahat edir: "Biz bu məsələlərdə ayıq-sayıq olmalı, jurnalistlər də bu kimi məsələlərdə diqqətli olmalıdırlar ki, cəmiyyətə düzgün informasiya çatdırılsın. "Hacı Cavad" məscidindən 100-200 metr aşağda digər məscidlər var ki, insanlar namazlarını orada da qıla bilərlər. Bu baxımdan bu cür narazılıqların yaradılması müxtəlif məqsədlərə xidmət edir. Bu baxımdan düşünürəm ki, məscidlə bağlı düzgün addım atılıb. Bu gün Azərbaycanda olan din-dövlət münasibətlərini bu cür də inkişaf etdirmək lazımdır".
Deputat Fazil Mustafa deyib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaratmaq istəyənlərdir.Azərbaycanda bir çox yerdə məscidlərin tikildiyi və təmir edildiyini deyən deputat ölkəmizdə dini ocaqlara hörmətin qoyulduğunu dilə gətirib: "Məscidin sökülməsi ilə bağlı etirazlar başlayanda araşdırıldı və məlum oldu ki, oranın nə qeydiyyatı var, nə də mədəni abidə kimi qorunur. Ora yığışanlar məqsədli şəkildə ajiotaj yaratmaq istəyənlərdir". Məsələ ilə bağlı fikirlərini bildirən deputat Qüdrət Həsənquliyev məscidlərin cəsus yuvasına çevrilməsinə imkan veriməməsini dilə gətirib: "Sovetski"də vəziyyət çox ağır idi. Orada aparılan işlərə böyük ehtiyac vardı. Həmin ərazidə insanların namaz qılıb ibadət etməsi üçün kifayət qədər yer var". Deputat " Hacı Cavad" məscidinin sökülməsi zamanı polisə müqavimət göstərən şəxslərin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılmasını təklif edib: "Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar".
Ardınca "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, sənədlə bağlı əvvəlki müzakirələr zamanı deputatların irəli sürdükləri təkliflər nəzərə alınıb. Onun sözlərinə görə, qanun layihəsində bir sıra yeniliklər nəzərdə tutulur. Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur.Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kopmleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ müəssisələr olacaq.
Sonra "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri qeyd edib ki, layihənin hazırlanması sosial tələbatdan irəli gəlir: "Azərbaycanda son illər qadınların siqaretə marağı artaraq 1 faizi keçib. Kişilərin 67,5 qadınların 52,5 faizi tütünün təsirindən əziyyət çəkir. Dözülməz hal da odur ki, bunun nəticəsi narkotik aludəçiliyinə gətirib çıxarır. Bu məsələlər də cəmiyyətin narazılığına səbəb olur. Sevindirici haldır ki, layihə son günlər mətbuatda müzakirəyə çıxarılıb və cəmiyyət tərəfindən dəstəklənib". Komitə sədri deyib ki, Azərbaycanın tütün məhsullarına xaricdə maraq çoxalıb və layihənin qəbulu tütünün istehsalının heç də azaltmayacaq. Qanun layihəsində ölkədə tütündən (siqaretdən) istifadənin qadağan olunduğu yerlər, tütün əleyhinə tədbirlər və sair bu kimi məsələlər yer alıb.
Milli Məclisin deputatı, "European Tobacco Baku" (ЕТВ) ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev qeyd edib ki, Azərbaycanda filtrsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir. Deputat bildirib ki, filtrsiz siqaretin ziyanı filtrli siqaretdən 3-4 dəfə çoxdur.
Onun sözlərinə görə, Azərbaycana xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır: "Bunun üçün xüsusi laboratoriyalar var və həmin laboratoriyalarda xaricdən gətirilən siqaretin qutusunun üstündə yazılan məlumatlara uyğun olub-olmaması müəyyən edilməlidir". Deputat Tahir Kərimli isə bildirib ki, qanunun icrasının həyata keçirilmə forması açıqlanmalıdır: "18 yaşına çatmayanların tütündən istifadə etməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu, ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır". Layihə səsə qoyularaq, birinci oxunuşda qəbul olunub.
Alim