Ölkəyə gətirilən arzuolunmaz qida əlavələrinə son qoyulacaq

“"Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) istehlakçılar müraciət edərək dərman pereparatlarının təsirsizliyindən, içliklərin Azərbaycan dilində olmamasından, qida əlavələrinin dərman peraparatı adi İlə satılaraq istehlakçıların sağlamlığına zərər vurulmasından şikayətlənirlər”.

""Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) istehlakçılar müraciət edərək dərman pereparatlarının təsirsizliyindən, içliklərin Azərbaycan dilində olmamasından, qida əlavələrinin dərman peraparatı adi İlə satılaraq istehlakçıların sağlamlığına zərər vurulmasından şikayətlənirlər". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən İctimai Birliyin sədri Eyyub Hüseynovun sözlərinə görə, çox müsbət haldır ki, Səhiyyə Nazirliyi bu anormal vəziyyətin qarşısını almaq üçün mümkün olan zəruri tədbirləri həyata keçirir və vətəndaşlar asanlıqla SN-ə zəng edərək dərmanın qeydiyyatdan keçməsini öyrənə bilirlər: "Məlumat verdiyimiz kimi AİİB-in qaldırdığı məsələ əsasında artıq DİN tərəfindən qaçaqmal dərman gətirən şəxs həbs olunub. Bu da müsbət haldır ki, bu ildən başlayaraq SN-i qida əlavələrini nəzarətə götürmək üçün iş aparır və uzun illər ölkəyə gətirilən arzuolunmaz qida əlavələrinə son qoyulacaq. Hər bir qida əlavəsi SN-nin Analtik ekspertiza Mərkəzində tədqiq olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31