6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirilib. Dinləmələrin növbəti həftəsində Şərq poeziyasınını nəhəng simalarından biri Xəqani Şirvaninin qəzəllərinə müraciət edildi.
14 Aprel 2017 15:41 MədəniyyətHeydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirilib. Dinləmələrin növbəti həftəsində Şərq poeziyasınını nəhəng simalarından biri Xəqani Şirvaninin qəzəllərinə müraciət edildi.
Münsiflər heyətinin üzvləri respublikanın Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsən xadimi Sərdar Fərəcov, Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı, əməkdar incəsənt xadimi Nadir Axundov iştirakçıların çıxışlarını 10 ballıq sistemə əsasən qiymətləndirirlər.
Səhnəyə ilk olaraq Nurlan Namazov çıxaraq Dilkeş təsnifi (Gözəlim qəmbimlə baglıyam sənə) ifa etdi. Daha sonra Atlas Mehdiyeva - Qatar Təsnifi (İlk bahar çağında qəlbimə dəydin), Valid Abdullayev - Bayatı-Şiraz təsnifi (Çoban qızı), Məftun Məmmədov - Mahur təsnifi (Səhər-səhər bağda gəzən nazənin), Rəvanə Əmiraslanlı - Cahargah təsnifi (Sevgilim, el bilir, mən əhli-dərdəm), Vüsal Cəfərov - Dilkeş təsnifi (O qara gözünə heyranam mən), Səma Sultanova - Şikəsteyi-fars təsnifi (Nazlı yarım eyləmə), Mirəli Sarızadə - Segah təsnifi (Baxdım maral kimi) ifa etdi. Münsiflər heyəti hər iştirakçının çıxışına öz fikirlərini bildirərək onların ifalarını qiymətləndirdilər.
Dinləmələrin növbəti günü səhnəyə ilk olaraq Qəmbər Axundov çıxaraq Şur təsnifini (Can vermə qəmi eşqə ki..) ifa etdi. Daha sonra Çinarə Alıyeva - Segah təsnifi (Nə halətdir), Taleh Hüseynov - Cahargah təsnifi (Qadan mən alım), Almaxanım Əhmədli - Dilkeş təsnifi (İnandır məni), Pərviz Qasımov - Segah təsnifi (Endim bulaq başına), Nüşabə Kərimova - Bayatı-İsfahan (Onu demə zalım yar), Məcid Əsri - Dəşti (Qəmindən qonçə tək dil qanə döndü)(Sənin eşqin məni gətirdi dilə), Türkan Orucova - Cahargah təsnifi (Yoxdur cahanda yar sən tək afət), Fərhad Ramazanov - Dilkeş təsnifi (Açdı gül-çiçək hardasan?) ifa etdilər.
Həftənin sonunda münsiflərin verdiyi qiymətlərə əsasən
Valid Abdullayev, Məftun Məmmədov, Rəvanə Əmiraslanova, Səma Sultanova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Məcid Əsri 70 bal, Mirəli Sarızadə, Türkan Orucova, Fərhad Ramazanov 69 bal
Nurlan Namazov 68 bal, Atlas Mehdiyeva 66 bal, Taleh Hüseynli 64 bal, Vüsal Cəfərov, Nüşabə Kərimova 63 bal , Çinarə Əliyeva 62 bal, Qənbər Axundov 61 bal topladı
Müsabiqənin qaydalarına görə ən az bal toplayan Qənbər Axundov müsabiqədə iştirakını dayandırdı.
Müsabiqənin nöbəti dinləmələri 17, 20 aprel tarixlərində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.