WSJ: ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlini bərpa etmək istəyir – ÖZƏL
13:53 DünyaOlaylar.az xəbər verir ki, "The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner Moskva və Kiyevə səfərləri zamanı Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin ABŞ vasitəçi şirkəti vasitəsilə bərpa edilməsi təşəbbüsünü irəli sürüblər. Bu təklif qış öncəsi energetika obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan genişmiqyaslı "enerji atəşkəsi" planının bir hissəsi kimi dəyərləndirilir. Lakin hələlik Rusiya bu təşəbbüsü rədd edir, Avropa Birliyi rəsmiləri isə sanksiyalardan yayınmağa imkan verə biləcək bu plana kəskin etiraz bildirirlər. Noyabrın ortalarında Əbu-Dadidə keçirilməsi planlaşdırılan üçtərəfli sülh danışıqları fonunda Vaşinqton bu addımın Moskva üçün razılaşmaya həvəsləndirici amil, Kiyev üçün isə tranzit gəliri olacağını düşünür.