Almaniya və Böyük Britaniya iki yeni zərbə raketi hazırlamağı planlaşdırır-ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropanın "Politico" nəşrinin məlumatına görə, Almaniya və Böyük Britaniya 2032-2035-ci illər arasında ən azı 2000 kilometr mənzilli iki yeni Avropa zərbə raketi hazırlamaq və bununla da dərin zərbələr üçün ABŞ-dan asılılığını aradan qaldırmaq niyyətindədirlər.

Onun sözlərinə görə, bu mövzu Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ues Stritinqin Berlinə səfəri zamanı müzakirə olunub.
Tərəflər qeyd ediblər ki, Ukraynadakı münaqişə Avropa ölkələrinin öz hərbi imkanlarındakı boşluqları üzə çıxarıb və ABŞ-ın Avropadakı uzunmüddətli öhdəlikləri ilə bağlı qeyri-müəyyənlik Aİ hökumətlərini bu boşluqları doldurmaq üçün öz silahlarının inkişafını sürətləndirməyə məcbur edir. Bu baxımdan, Almaniya və Böyük Britaniya "dərin dəqiq zərbə" proqramının bir hissəsi olaraq ən azı 2000 kilometr mənzilli iki zərbə raketi hazırlamaq niyyətində olduqlarını açıqlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31