İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi
“İslam Həmrəyliyi İli” çərçivəsində Şəkidə “İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi” mövzusunda konfrans keçirilib.
14 Aprel 2017 15:07 Sosial"İslam Həmrəyliyi İli" çərçivəsində Şəkidə "İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-ın xəbəinə görə, Şəki Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər. Konfransda DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayevin, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədovun, şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sadiq Yusifovun, Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərovun məruzələri dinlənilib.