Ukrayna münaqişəsinin yaxın zamanda həlli imkanını görmürəm

BMT-nin baş katibi Antonio Quterreş Ukraynadakı münaqişənin qısamüddətli perspektivdə həll olunması imkanını görmədiyini bildirib.

Bu barədə təşkilatın rəhbəri "El Pais" qəzetinə (İspaniya) verdiyi müsahibədə danışıb.

"ABŞ-nin Ukrayna-Rusiya münaqişəsi ilə bağlı mövqeyinin, məncə, yanlış olduğu aydındır. Mən münaqişənin qısamüddətli perspektivdə həllini görmürəm", - deyə o, müsahibədə bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Benni Consona müsahibəsində Ukrayna münaqişəsi ilə bağlı sülh sazişinin əldə olunmasının yaxınlaşdığını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31