Gündəm
Əfqanıstan Prezidenti Azərbaycana gələcək
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək. Bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bildirib. Diplomatın sözlərinə görə, Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani ilə birgə "Asiyanın ürəyi - İstanbul prosesi" formatının nazirlər səviyyəsində görüşündə iştirak edəcək.
İranın məşhur türk generalı kürdlərlə görüşdü
Məşhur İran generalı Qasım Süleymani gözlənilmədən İraq Kürd Muxtar Vilayətinə səfər edib. O, burada Məsud Bərzani və İraqın eks-prezidenti Cəlal Təlabani ilə görüşüb. Görüşdə Süleymani kürd liderləri Bağdadla münasibətləri düzəltməyə və Kərkükdəki bayraq böhranını həll etməyə çağırıb.
Mart ayı ərzində 226 əcnəbinin ölkə ərazisində yaşaması leqallaşdırılıb
Mart ayı ərzində 1412 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
“SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib
Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarların Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” Zavodunun istehsal edəcəyi hazır məhsullarla tanış edilməsi barədə tapşırıqlar verib. Bununla əlaqədar, aprelin 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və SOCAR-ın təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 50-dən çox sahibkar iştirak edib.
Nəsimi rayonunda “Aprel döyüşləri dərsləri” davam edir
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblilərinin iştirakı ilə növbəti “Aprel döyüşləri dərsləri” keçirilmişdir. Dərsi giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışmışdır.2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Anar Tağıyev Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Aprel göyüşləri dərsləri” nin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, qəhrəmanlıq tariximizin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirdi.
“Süni qiymət artımının qarşısı alınacaq”
"Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla bağlı İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində lazımi tədbirlər həyata keçirirdi, lakin müşavirədən sonra bu cür tədbirlər daha da intensiv xarakter alıb".
Qarabağda doğulan ermənilərin sayı azalıb
Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində 2016-cı ildə doğulan uşaqlarla bağlı statistika açıqlanıb. Ötən il qondarma rejimin nəzarəti altında olan ərazilərdə 2471 uşaq doğulub.
Filmə baxıb uşaqlarını öldürdülər - İzi itirmək üçün elə bir şey etdilər ki...
ABŞ-da bir cütlük Oskar mükafatlı "Mançester by the Sea" (Həyatın sahilində) filmini izlədikdən sonra övladlığa götürdükləri əlil uşaqlarını öldürüblər. ABŞ-ın Nyu York şəhərində yaşayan cütlüyün evlərində yanğın baş verib.
Kürdəmirdə dərmandan zəhərlənən 2000 ev quşu tələf olub
Kürdəmir rayonunda ev quşları verilən dərmandan zəhərlənib, 2 min quş tələf olub. Rayonun Sığırlı kənd sakini Mahir Həsənov təsərrüfatında bəslədiyi ev quşlarının müalicəsi üçün rayon ərazisində yerləşən baytarlıq apteklərin birinə müraciət edib.
Riyaziyyat və Mexanika İnstitutunda məktəblilər üçün seminar
AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə keçirilib.
Dram Teatrının kollektivi Fatma Qədrinin məzarını ziyarət edib
Akademik Milli Dram Teatrının kollektivi və teatr xadimləri I Fəxri xiyabanda SSRİ xalq artisti Fatma Qədrinin məzarını ziyarət edib.Teatrın mətbuat xidmətindən “Olaylar” - a verilən məlumata görə, anım mərasimində çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artist Azər Paşa Nemətov Fatma Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onu səhnəmizin korifey sənətkarlarından biri kimi qiymətləndirib.
Fidan Hacıyeva Minskdə
Akademik Opera və Balet Teatrı və Belarus Milli Akademik Böyük Opera Balet Teatrı ilə mədəni əməkdaşlıq əlaqələri haqqında bağlanmış memorandum çərçivəsində aprelin 18-də teatrın solisti, respublikanın Xalq artisti Fidan Hacıyeva Minskə qastrol səfərinə yollanacaq. Minskdə aprelin 20-də baş tutacaq Jorj Bizenin "Karmen" operasının tamaşasında Fidan Hacıyeva baş rolda - Karmen rolunda çıxış edəcək.
MEK – də pulsuz müayinə
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası sosial yönümlü layihələri davam etdir. 13 aprel 2017-ci il tarixdən MEK-in təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun həkim və laborantları tərəfindən AMEA-nın bütün əməkdaşlarının ağ ciyərlərinin fluoroqrafiyası və həkimlərin konsultasiyası həyata keçirilir.Müayinə və məsləhətləşmələr ödənişsizdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “TransCaspian/Translogistica 2017” sərgisində öz stendi ilə təmsil olunacaq
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC aprelin 26-28-də Bakı Expo Mərkəzində keçiriləcək XVI Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisində öz stendi ilə təmsil olunacaq. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, Sərgidə Gəmiçiliyin gördüyü mühüm işlər, əldə etdiyi uğurlar, daşımaların optimallaşdırılması üçün son illər aparılan islahatlar, unikal dəniz nəqliyyatı vasitələri barədə ziyarətçilərə məlumat veriləcək.
Azərbaycanli məktəblilər olimpiadada uğur qazanıblar
Aprelin 6-dan 12-dək İsveçrənin Sürix şəhərində 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 43 ölkədən 172 şagirdin iştirak etdiyi olimpiadaya Avropa ölkələri ilə yanaşı ABŞ, Yaponiya, Hindistan, Braziliya və digər ölkələrin məktəbliləri də qatılıblar.














