Tramp İranla müharibəyə görə Hegsethi günahlandıra bilər-ÖZƏL

ABŞ Prezidenti Donald Tramp İranla uzanan müharibəyə görə məsuliyyəti öz üzərindən atmağa çalışır. O, müşavirlərindən müdafiə naziri Pit Hegseth və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin fəaliyyəti barədə hesabat tələb edir.
Olaylar.az xəbər verir ki, "The Atlantic" jurnalı Trampa yaxın mənbələrə istinadən yazır ki, prezident müharibənin qısa müddətdə başa çatacağına dair ona vədlər verən şəxslərin məsuliyyətini araşdırır. Hegseth və Keyn də münaqişənin əvvəlində müsbət proqnozlar verənlər arasında olub.

Mənbələrin sözlərinə görə, Ağ Evdə Hegsethə münasibət birmənalı deyil. Bəzi rəsmilər onun prezidentə İranla müharibənin gedişi barədə reallığı əks etdirməyən məlumatlar verdiyini düşünürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31