Gündəm

Qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb

14 Aprel 2017 17:30

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri nəticəsində, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Avtomobildə 4000 ədəd siqaret aşkar edildi

14 Aprel 2017 17:29

Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Kömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Müdafiə təyinatlı məmulatların istehsal həcmi 11,9 faiz artıb

14 Aprel 2017 17:28

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən mlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda 2017-ci ilin birinci rübü üzrə nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

“Mismar” təqdim olundu

14 Aprel 2017 17:25

Aprelin 14 –də Mədəniyyət və İncəsənət Universitetində “Mismar” mədəniyyət portalının təqdimat mərasimi keçirildi. İlk olaraq  portalın yaradıcıları iştirakçılara  əsas məqsədləri və gələcək planlarından söz açdılar. Saytın təsisçiləri bildirdilər ki, “Mismar”- da mədəniyyət və incəsənətlə bağlı yeniliklər, müəllif yazıları, dünya ədəbiyyatından maraqlı tərcümələr yer alacaq.

Diyarbəkir terrorçuları Suriyaya qaçarkən tutuldular

14 Aprel 2017 17:05

Türkiyədən qaçmaq istəyən terrorçular ələ keçiblər. 3 nəfərin şəhid olduğu Diyarbəkirdəki partlayışla əlaqədar Suriyaya qaçmaq istəyən 5 terrorçu tutulub.

Sabiq polis işçisi qonşusunu qətlə yetirib

14 Aprel 2017 17:03

Qax rayonunda qətl hadisəsi baş verib. Məlumata görə, rayon sakini 1959-cu il təvəllüdlü Musayev Aydın Musa oğlu qətlə yetirilib. Hadisəni 1949-cu il təvəllüdlü, Hacıyev Nəbi Hacıislam oğlu odlu tüfəngdən istifadə etməklə törədib. Onların qonşu olduğu bildirilir. A.Musayev "Kamaz" sürücüsü olub, N.Hacıyev isə təqaüddə olan keçmiş polis işçisidir. Hadisə Aydın Məmmədov küçəsində, A.Musayevin yaşadığı evin qarşısında qeydə alınıb.

Bakıda 100 mənzilin su sayğacını oğurlayanlar tutuldu

14 Aprel 2017 17:00

Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.“Olaylar” xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı Elçin Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı 5 ədəd su sayğacı aşkar olunaraq götürülüb

Natiq Kərimovun məhkəməsi təxirə salındı

14 Aprel 2017 16:50

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb.

Yardımlıda törədilən qətlin səbəbləri bəlli oldu

14 Aprel 2017 16:48

Yardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb.“Olaylar” xəbər verir ki, rayonun Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb və ailəsi Natavanın yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Deputat: “Parlamentin foyesində siqaret çəkilməsinə qadağa qoyulsun”

14 Aprel 2017 16:46

Milli Məclisin deputat İlham Əliyev parlamentin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib. “Olaylar” xəbər verir ki, deputat İ.Əliyev bu təklifi Milli Məclisin plenar iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman səsləndirib.

ADMİU-nun müəllimi Beynəlxalq Yay Teatr məktəbində

14 Aprel 2017 16:45

Mədəniyyət və İncəsənət Universiteti “SABAH” qruplarının müəllimi, aktyor Ceyhun Dadaşov Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Universitetdən “Olaylar” – a bildirilib ki, Beynəlxalq Yay Teatr Məktəbinə 24 ölkədən 87 gənc və professional aktyorlar seçilib. 

Azərbaycanda dini plüralizm həyat devizinə çevrilib

14 Aprel 2017 16:40

Azərbaycanda dini plüralizm  həyat devizinə çevrilib. Ölkədə yaşayan müxtəlif dini əqidələrin daşıyıcıları sözün əsil mənasında tolerantlıq nümayiş etdirilər. Paralel olaraq dövlət dini plüralizmin bərqərar olması istiqamətində mühüm addımlar atmaqdadır. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, artıq ölkəmiz müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. O da məlumdur ki, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var.

“Boşanmalar narahatedici həddədir”- HDİM layihənin icrasına başladı

14 Aprel 2017 16:39

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsinin icrasına başlayıb. Aprelin 14-də “Səs” qəzetinin ofisində layihənin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, HDM sədri İlham Əliyev deyib ki, problemin aktuallığından, layihənin əhəmiyyətindən danışıb: “Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına və azadlıqlarına malikdir.

ABŞ-da naməlum şəxs metroda insanlara atəş açdı

14 Aprel 2017 16:34

ABŞ-ın Corciya ştatında metroda silahlı insident baş verib. Naməlum şəxs vaqona minən kimi sərnişinlərə atəş açmağa başlayıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. İnsidentin baş vermə səbəbi və saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir. Metbuat.az

Qazax-Bakı qatarında həyəcanlı anlar

14 Aprel 2017 16:35

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.  Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə (PB) Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun yaşadığı evdə odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.