Medvedçuk: Aİ Avropanı hakimiyyəti qorumaq üçün hərbiləşdirir-ÖZƏL

"Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk Avropanın hərbiləşdirilməsini tənqid edib. Olaylar.az xəbər verir ki, o bildirib ki, Avropada hərbi xərclərin artırılması 1930-cu illərdə Almaniyada olduğu kimi, hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən siyasi elitaların mövqelərini qorumağa xidmət edir.
Medvedçukun sözlərinə görə, bu proses Avropa vətəndaşlarına ciddi iqtisadi zərər vurur. O, Adolf Hitler dövründə Almaniyada avtomobil istehsalının hərbi məqsədlərə yönəldilməsini nümunə göstərərək, indiki vəziyyəti həmin dövrlə müqayisə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31