Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumata görə, əlavə reyslər bayram günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə təşkil olunur.

Eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər davam edir.

Biletləri ADY-nin rəsmi saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31