ADMİU-nun müəllimi Beynəlxalq Yay Teatr məktəbində

Mədəniyyət və İncəsənət Universiteti “SABAH” qruplarının müəllimi, aktyor Ceyhun Dadaşov Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Universitetdən “Olaylar” – a bildirilib ki, Beynəlxalq Yay Teatr Məktəbinə 24 ölkədən 87 gənc və professional aktyorlar seçilib. 

Mədəniyyət və İncəsənət Universiteti "SABAH" qruplarının müəllimi, aktyor Ceyhun Dadaşov Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. Universitetdən "Olaylar" - a bildirilib ki, Beynəlxalq Yay Teatr Məktəbinə 24 ölkədən 87 gənc və professional aktyorlar seçilib. Təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, mühazirələri, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də təşkil olunacaq. Məşhur rus rejissorları gənc aktyorlarla birgə kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri hazırlayacaq. MDB və Baltik ölkələri rus teatrlarının dəstəyi proqramı çərçivəsində həyata keçirilən layihənin bədii rəhbəri Rusiyanın Xalq artisti Aleksandr Kalyagindi. Məktəbi bitirən məzunlar diplom ilə təltif olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31