“Mismar” təqdim olundu

Aprelin 14 –də Mədəniyyət və İncəsənət Universitetində “Mismar” mədəniyyət portalının təqdimat mərasimi keçirildi. İlk olaraq  portalın yaradıcıları iştirakçılara  əsas məqsədləri və gələcək planlarından söz açdılar. Saytın təsisçiləri bildirdilər ki, “Mismar”- da mədəniyyət və incəsənətlə bağlı yeniliklər, müəllif yazıları, dünya ədəbiyyatından maraqlı tərcümələr yer alacaq.

Aprelin 14 -də Mədəniyyət və İncəsənət Universitetində "Mismar" mədəniyyət portalının təqdimat mərasimi keçirildi. İlk olaraq  portalın yaradıcıları iştirakçılara  əsas məqsədləri və gələcək planlarından söz açdılar. Saytın təsisçiləri bildirdilər ki, "Mismar"- da mədəniyyət və incəsənətlə bağlı yeniliklər, müəllif yazıları, dünya ədəbiyyatından maraqlı tərcümələr yer alacaq.

ADMİU - nin prorektoru, Füzulişünas alim  Gülşən Kəngərli yaradıcı heyətə uğur arzuladı.

ADMİU - nin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının direktoru Aqşin Babayev gənclərə işıqlandıracaqları hər hansı yazıda, tərcümədə Azərbaycan dilinin saflığını qorumağı xüsusi vurğuladı. Gənclərə uğur azrulayan Aqşin müəllim, gəncliyin böyük qüvvə olduğunu bildirdi.

ADMİU - də müəllim kimi fəaliyyət göstərən əməkdar jurnalist Zakir Abbas yaradıcı gənclərin hələ illər öncə onların yazılarını, şerlərini, esselərini çıxartmaqda köməklik edən Gülşən xanıma təşəkkür edərək, gənclərə  yardıcı işlərində uğurlar arzuladı.

Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, "Sim - sim"  saytının baş redaktoru, şair Qismət Rüstəmov gəncləri təbrik etməklə yanaşı, onlara saytın fəaliyyəti ilə əlaqədar bir çox məsləhətlər verdi. " "Radio, jurnal ideyanız təqdirə layiqdi, amma ilk olaraq sayta fokslanıb, bütün gücü sayta qoymaq lazımdı. Sayta mütləq maddi dayaq lazımdı. Portalın gələcəkdə də fəaliyyət göstərməsi üçün qrant layihələri qazanmaq, maliyyə dəstəyi əldə etmək mütləqdi" - , deyən  Qismət bəy onlara bu işdə uğurlar arzuladı.

Daha sonra çıxış edən ADMİU - nin müəllimləri, tələbələri sayta və yaradıcı heyətə uğurlar arzuladılar.

Qeyd eək ki, "Mismar" saytının yaradıcıları ADMİU - nin tələbələridi. Təsisçisi  Taleh Rəcəb 3 - cü kurs Nəşriyyat işi, baş redaktoru  Emil Hacıyev 4 - cü kurs Ədəbi yaradıcılıq və  ekran dramaturgiyası (ssenaristlik), Emin Əliyev 4 - cü kurs Teatrşünaslıq, Sevil Zeynalova 3 - cü kurs Rəssamlıq fakültəsinin tələbələridi.

Nigar 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31