Gündəm

ADU-da TEC-in konfransı başa çatıb

14 Aprel 2017 18:25

Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Azərbaycan Dillər Universitetinin yaradılmasının 80 illiyinə həsr olunmuş  Tələbə Elmi Cəmiyyətinin (TEC) illik konfransının yekun iclası keçirilib.

“Mobil Müştəri Xidmətləri” ADA Universitetində

14 Aprel 2017 18:24

Azercell Telekom MMC tələbə və müəllimlərin rahatlığına yönəlik daha bir aksiyaya dəstək verir.  Şirkətin “Mobil  Müştəri Xidmətləri” 13 və 14 aprel tarixlərində Səyyar Asan Xidməti və Vergilər Nazirliyi ilə birgə ADA Universitetində müəllim və tələbələrinə xidmət aksiyasına qoşulub. Mobil  Müştəri Xidmətlərinin təmsilçiləri Vüqar Namazov və Fuad Tahirov tələbə və müəllim heyətinə ASAN imzaya qoşulma və Azercellin digər xidmətlərində dəstək göstərirlər.

İstehlakçıların maarifləndirilməsi tədbirləri davam etdirilir

14 Aprel 2017 18:21

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarların, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə aprelin 14-də Zərdabda  maarifləndirici konfrans keçirilib. “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri, inzibati məsuliyyət tədbirləri və s. barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

ADU-nun professorunun xaricdə nəşr olunmuş əsərlərinin təqdimat mərasimi keçirilib

14 Aprel 2017 18:20

Aprelin 14-də Beynəlxalq Mətbuat Mərkəzində filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin (ADU) II Xarici dil kafedrasının professoru Əsgər Zeynalovun xaricdə nəşr olunmuş əsərlərinin təqdimat mərasimi keçirilib.

Botanika İnstitutunda  seminar

14 Aprel 2017 18:02

AMEA Botanika İnstitutunda Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.e.d. Naibə Mehdiyevanın təqdimatında “Elektron məlumat bazalarının elmi tədqiqatlarda rolu” mövzusunda maarifləndirici seminar keçirildi. İnstitutdan “Olaylar” – a bildirilib ki, institutun Gənc Alim və Mütəxəssislər şurasının fəal iştirakı ilə təşkil olunmuş seminarda dərman və nadir bitkilər üzrə yaradılmış elektron məlumat bazalarının əhəmiyyəti və istifadəsi haqqında məlumat verildi. Qeyd olundu ki, dərman bitkiləri üzrə bazada  Azərbaycan florasına aid 1550 növ bitki 26 parametr üzrə bolünmüş və formalizə edilmiş informasiyanı özündə cəmləşdirir.

ABŞ kəşfiyyatı: ""WikiLeaks" Rusiya ilə əlaqəlidir"

14 Aprel 2017 18:00

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo "WikiLeaks" saytını "ABŞ-a düşmən olan qeyri-dövlət kəşfiyyat xidməti" kimi qiymətləndirib. M. Pompeo bildirib ki, bu sayta Rusiya kimi antidemokratik dövlətlərin təsiri var.

Nazirlikdən Çin dərmanlarının Avropa adı ilə gətirilmə iddialarına cavab

14 Aprel 2017 17:58

Səhiyyə Nazirliyi Çin istehsalı olan dərmanların Avropa istehsalı adı altında ölkəyə gətirilməsi barədə səsləndirilən iddialara cavab verib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, "Dərman vasitələri haqqında" qanuna əsasən, dərmanın ölkəyə idxalı və istifadəsi üçün o, ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir.

Məşhur lüks avtomobili ilə DƏHŞƏTLİ QƏZAYA UĞRADI - VİDEO

14 Aprel 2017 17:56

Çilinin ən məşhur tennisçilərindən olan Marselo Rossi faciəvi bir qəza keçirib. 170 min avro dəyərindəki lüks avtomobili ilə idarəetməni itirən 41 yaşlı ulduz tennisçi qəzaya düşüb.

Uşağın ölümünə səbəb olan polis işdən çıxarıldı

14 Aprel 2017 17:47

Aprelin 12-də Bərdə rayonunda avtomobillə 3 yaşlı uşağı vurub öldürən polis işdən çıxarılıb. Rayonun Mustafaağalı kəndində idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac İmranzadəni vurub öldürən Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elgiz Əlizadə xidmətdən xaric edilib. Onun törətdiyi əməllə bağlı cinayət işi açılıb.

Putin və Medvedevin gəlirləri açıqlandı

14 Aprel 2017 17:42

Rusiya Prezidenti Vladimir Putin 2016-cı ildə 8,858 milyon rubl qazanıb. 2015-ci ildə 8,891 milyon rubl gəlir əldə etmiş dövlət başçısı maaşının 10 faiz azaldılması barədə qərar qəbul etmişdi. Baş nazir Dmitri Medvedevin qazancı ötən il 8,58 milyon rubl (2015-ci ildə 8,8 milyon) təşkil edib.

DTX-nın istintaq təcridxanasına başçəkmə keçirilib

14 Aprel 2017 17:40

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Qurumdan verilən məlumata görə, başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub

Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə mövzusunda görüş keçirilib

14 Aprel 2017 17:38

2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10.01.2017-ci il tarixli Sərəncamına uyğun olaraq Penitensiar Xidmətlə Dini Qurumlar üzrə Dövlət Komitəsinin tədbirlər planına uyğun olaraq 13 aprel 2017-ci il tarixdə 7 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla dini maarifləndirmə mövzusunda görüş təşkil olunub.

"SOCAR Polymer" MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib

14 Aprel 2017 17:36

Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarların Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan "SOCAR Polymer" Zavodunun istehsal edəcəyi hazır məhsullarla tanış edilməsi barədə tapşırıqlar verib. Bununla əlaqədar, aprelin 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və SOCAR-ın təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti – "SOCAR Polymer" MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib.

Deputatımız Türkiyədəki referendumu AŞ PA seçki missiyası adından izləyəcək

14 Aprel 2017 17:35

Milli Məclisin  deputatı  Vüsal Hüseynov  Türkiyə Konstitusiyasına  dəyişikliklərlə əlaqədar  referendumu  müşahidə  etmək  üçün  Ankara və Antalya şəhərlərinə  səfərə gedib. Bu barədə MM-dən verilən məlumata görə, millət vəkili prosesin gedişini Avropa Şurası Parlament Assambleyasının seçki missiyasının tərkibində izləyəcək.  Deputatımız  bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq,  vətəndaşların fəallığına diqqət yetirəcək.Səfər aprelin 17-də başa çatacaq.

13000 ədəd siqaret aşkar edilib

14 Aprel 2017 17:33

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz C220 CDI" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövət Kömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.