Botanika İnstitutunda  seminar

AMEA Botanika İnstitutunda Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.e.d. Naibə Mehdiyevanın təqdimatında “Elektron məlumat bazalarının elmi tədqiqatlarda rolu” mövzusunda maarifləndirici seminar keçirildi. İnstitutdan “Olaylar” – a bildirilib ki, institutun Gənc Alim və Mütəxəssislər şurasının fəal iştirakı ilə təşkil olunmuş seminarda dərman və nadir bitkilər üzrə yaradılmış elektron məlumat bazalarının əhəmiyyəti və istifadəsi haqqında məlumat verildi. Qeyd olundu ki, dərman bitkiləri üzrə bazada  Azərbaycan florasına aid 1550 növ bitki 26 parametr üzrə bolünmüş və formalizə edilmiş informasiyanı özündə cəmləşdirir.

AMEA Botanika İnstitutunda Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.e.d. Naibə Mehdiyevanın təqdimatında "Elektron məlumat bazalarının elmi tədqiqatlarda rolu" mövzusunda maarifləndirici seminar keçirildi. İnstitutdan "Olaylar" - a bildirilib ki, institutun Gənc Alim və Mütəxəssislər şurasının fəal iştirakı ilə təşkil olunmuş seminarda dərman və nadir bitkilər üzrə yaradılmış elektron məlumat bazalarının əhəmiyyəti və istifadəsi haqqında məlumat verildi. Qeyd olundu ki, dərman bitkiləri üzrə bazada  Azərbaycan florasına aid 1550 növ bitki 26 parametr üzrə bolünmüş və formalizə edilmiş informasiyanı özündə cəmləşdirir. Bu elektron baza məlumatları istənilən parametrlər üzrə qruplaşdırmaq, tələb olunan xassə və xüsusiyyətlərə malik bitkilər və bitki qrupları haqqında informasiyanı rəqəm və siyahı şəklində əldə etmək və s. əməliyyatları həyata keçirməyə imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31