Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə mövzusunda görüş keçirilib
2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10.01.2017-ci il tarixli Sərəncamına uyğun olaraq Penitensiar Xidmətlə Dini Qurumlar üzrə Dövlət Komitəsinin tədbirlər planına uyğun olaraq 13 aprel 2017-ci il tarixdə 7 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla dini maarifləndirmə mövzusunda görüş təşkil olunub.
14 Aprel 2017 17:38 Sosial2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10.01.2017-ci il tarixli Sərəncamına uyğun olaraq Penitensiar Xidmətlə Dini Qurumlar üzrə Dövlət Komitəsinin tədbirlər planına uyğun olaraq 13 aprel 2017-ci il tarixdə 7 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla dini maarifləndirmə mövzusunda görüş təşkil olunub. Penitensiar Xidmətdən "Olaylar"a verilən məlumata görə, tədbirdə Penitensiar xidmətin əməkdaşları ilə birgə Dini Qurumlar üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak edib. Görüş zamanı vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılmış, Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı vurğulanıb. Tədbir xüsusi kontingent tərəfindən maraqla qarşılanıb. Sonda məhkumları maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.