ABŞ kəşfiyyatı: ""WikiLeaks" Rusiya ilə əlaqəlidir"
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo "WikiLeaks" saytını "ABŞ-a düşmən olan qeyri-dövlət kəşfiyyat xidməti" kimi qiymətləndirib. M. Pompeo bildirib ki, bu sayta Rusiya kimi antidemokratik dövlətlərin təsiri var.
14 Aprel 2017 18:00 DünyaABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo "WikiLeaks" saytını "ABŞ-a düşmən olan qeyri-dövlət kəşfiyyat xidməti" kimi qiymətləndirib. M. Pompeo bildirib ki, bu sayta Rusiya kimi antidemokratik dövlətlərin təsiri var.
CİA rəhbəri deyib ki, Rusiya ötən il ABŞ-dakı seçki kampaniyası zamanı hakerlərin oğurladıqları məlumatları yaymaq üçün "WikiLeaks"dən istifadə edib: "Sayt buna çalışıb ki, onun tərəfdarları CİA-də işə düzəlsinlər və məxfi informasiyaları əldə etsinlər. Bu saytın işi əsasən ABŞ-a fokuslanıb və onlar antidemokratik dövlətlərdən, təşkilatlardan dəstək axtarırlar".
Xatırladaq ki, bu ilin mart ayında "Wikileaks" CİA-in istifadə etdiyi haker üsulları barədə minlərlə material yerləşdirib. Sənədlərdə söhbət kompüter və smartfonlar üçün viruslardan, eləcə də "ağıllı" televizorları dinləmə qurğusuna çevirən proqram təminatından gedir. Bu sənədlərə əsasən CİA-in əlində "Windows", "Android", "iOS", OSX və "Linux" əməliyyat sistemlərini yoluxduran viruslar və internet-routerlər var. Lent.az