Gündəm
Aktyorla prodüser arasında PUL QALMAQALI
"Atçalı Kel Mehmet" ilə film sektoruna qayıdan Cemal Hünal layihənin prodüseri Güler Nalbanoğlunu məhkəməyə verib.
Müğənni 19 milyonluq villa aldı
Keti Perri Beverli Hillz şəhərində malikanə alıb. Sevgilisi Orlando Blumdan ayrılıb saçlarını qısa kəsdirən müğənninin aldığı malikanənin dəyəri 19 milyon dollardır. Ev böyük salon, beş yataq otağı və bir o qədər də vanna otağından ibarətdir. Həyatin ərazisində hovuz və geniş bağçası var. Malikanə evkalipt meşəsi ilə əhatələnib.
“Mac Pro” yeni dizaynla təchiz ediləcək
Almaniyanın “Curved” saytında “Mac Pro” kompüterinin və hazırlanma mərhələsində olan “Apple” monitorunun xarici görünüşünü əks etdirən fotoşəkillər dərc edilib. “Apple” şirkətinin rəsmi nümayəndəsinin yeni kompüterin dizaynının dəyişməz qalacağını dəfələrlə bildirməsinə baxmayaraq dizaynerlər tərəfindən “Mac Pro” tam yeni xarici görünüşdə təqdim olunub.
Polis masaj salonuna basqın etdi: yüzlərlə prezervativ, cinsi gücü artırıcı həb...
Türkiyədə, Muğlanın Fethiye qəsəbəsində hamam və masaj salonlarına basqın edən polis qrupları yüzlərlə prezervativ, cinsi gücü artırıcı həb, hamiləlik əngəlləyəcək iynə və seks oyuncaqları ələ keçirib.
İkiölçülü materialdan hazırlanan mürəkkəb mikroprosessor təqdim olunub
Avstriyanın Vyana Universitetinin tədqiqatçıları ikiölçülü materialdan hazırlanan mürəkkəb quruluşlu mikroprosessor icad ediblər. Mikroprosessor kristalı hər birinin qalınlığı 3 atom təşkil etməklə molibden disulfid (MoS2) kimyəvi birləşməsindən hazırlanan 115 tranzistordan ibarətdir. Çipin aktiv qatının qalınlığı 0,6 nanometrə bərabərdir ki, bu da bütün silisium çiplərdən 150 dəfə nazikdir.
İnternetə “Iphone 8” smartfonu haqda məlumat sızdırılıb
Displeyə inteqrasiya edilmiş “Touch ID” barmaq izi skaneri “iPhone 8” smartfonunda əsas özəlliklərdən biri olacaq. Amma son zamanlar gəzən şayiələrə görə, “Apple” korporasiyası barmaq izi skanerinin displeyə inteqrasiyasında çətinliklərlə üzləşib.
Türkiyədə partlayış: Ölənlər var
Türkiyənin Van vilayətinin Çatak rayonunda partlayış baş verib. Hadisə nəticəsində ərazidə yoxlama aparan təhlükəsizlik qüvvələrinin iki əməkdaşı ölüb. Bölgədə əməliyyata başlanıldığı bildirilir.
Qazaxıstanlı tələbələrin ADMİU-da elmi-təcrübi dərsləri
Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın “Xoreoqrafiya sənəti” ixtisası üzrə təhsil alan I kurs magistr tələbələri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təcrübə keçiblər.
“Zorakılıqdan uzaq uşaqlıq” strategiyasına start verildi
Gənclər üçün Təhsil Mərkəzi Unicef-in Azərbaycan ofisi və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsi çərçivəsində Ağcabədi rayonunda “Zorakılıqdan uzaq uşaqlıq” adlı strategiyaya start verib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, strategiya çərçivəsində məişət zorakılğı hallarının aradan qaldırılmasına dəstək məqsədilə ARİH, rayon Təhsil Şöbəsi, rayon Polis şöbəsi,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının yerli əməkdaşlığı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.
Böyük Britaniyanın Milli Arxivində Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkar edilib
Aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan Azərbaycan tarixinə dair sənədlərin Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr aparılıb. İclasda bu arxivin fondlarında araşdırma aparan institutun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellin məruzəsi dinlənilib.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin otuz altıncı cildi çapdan çıxdı
"Ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir. Bölgədə gedən proseslər Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Bizim iştirakımız olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, milli maraqlarımız təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir".
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
İş adamı Arzu Kazımov: "MTN-in şöbə rəisi qardaşımın və qaynımın həbsdən buraxılması üçün 4 milyon manat istədi"
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
ADU-da “Altay xalqlarının mahnı və rəqs çələngi” adlı tədbir keçirilib
Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və ADU tərəfindən hazırlanmış “Altay xalqlarının mahnı və rəqs çələngi” adlı tədbir keçirilib.
Zərdabda satınalan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aprelin 14-də Zərdab rayonunda dövlət satınalmalarına həsr olunmuş təlim kursu keçirilib. “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak edib.














