Gündəm
İranın Şərqi Azərbaycan əyalətində sel: 3 ölü
Aralıq dənizində iki mindən çox miqrant xilas edildi
Əsədə AĞIR İTTİHAM: 100 tonlarla kimyəvi silahları...
Seyid Əzim Şirvaniyə həsr olunmuş musiqili-ədəbi gecə keçirilib
Sevgilinizə yalan danışmısınızsa, könlünü belə alın
Cütlüklər arasında münasibətlərin güclü olması və sağlam şəkildə davam etməsi üçün güvənə ehtiyac var. İstər kiçik, adi, istər maliyyə mövzuları və ya sədaqət kimi daha böyük mövzular olsun, yalan söyləmək münasibətlərin ehtiyacı olan güvən faktorunu azaltmağın başlıca səbəblərindən biridir.
Hər gün 3 dənə xurma yesəniz... – BİLMƏDİYİNİZ FAYDALARI
İran xurmasının insan sağlamlığına olan faydaları saymaqla bitmir. Ancaq bir azdan öyrənəcəyiniz məlumatlardan sonra artıq hər gün azı 3 dənə xurma yemək istəyəsəksiniz. Xurmada A, B, C vitaminləri kimi bir çox vitamin və minerallar var. İsraildə aparılan araşdırmaya görə, gündə 3 ədəd xurma yemək infarkt riskini az qala sıfıra endirir. Gündə 3 dənə xurma yeməyin faydaları ilə sizi tanış edirik.
Eyni zamanda həm “Android”, həm də “Windows” sistemində işləyən 5 düymlük smartfon təqdim edilib
“Indiegogo” platformasında eyni zamanda həm “Android”, həm də “Windows” sistemi ilə işləyən yeni 5 düymlük “Trinity” cihazına pul toplanılması kampaniyası başladılıb.
Hadisədən milyarder oğlunun sevgilisinə sərt cavab
Hadisə türkiyəli milyerderin oğlu Hakan Sabancının keçmiş sevgilisi Aslışah Alkoçlara sərt cavab verib. Hadisə sosial şəbəkədə kraliça tacının fotosunu və Mövlananın “Susmaq alicənablıqdır.
“Ruhlar vadisi”nin daha bir sirri üzə çıxdı
Dünyanın ən sirli məkanlarından olan Stounhenc və ya “Ruhlar vadisi”nin sirləri uzun zamandır araşdırılır. Amma hər dəfə də yeni müəmmalar alimləri təəccübləndirməkdə davam edir. Britaniyalı alimlər bu unikal, sirli yerlə bağlı daha bir maraqlı fakt ortaya qoyublar. Belə məlum olub ki, Stounhenc xüsusi akustikaya malikdir. Ona görə də bu daşlar qəribə şəkildə düzülüb ki, səs əks-sədası ahəngdar olsun. Bu daşlara toxunduqda qəribə, nizamlı səslər meydana çıxır, sanki açıq səma altında xüsusi texnologiya ilə səs akustikası yaradılıb.
Qorxunu qorxu ilə sağaltmağın yolları
Qorxunu qorxu ilə sağaltmaq üsulu şərqdə çoxdan var. Elə özümüzün “Çildağ” müalicəsini götürək. Ta qədimdən qorxulardan qurtulmaq, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün insanlar “Çildağ müalicəsi”nə üz tutublar. Bu, közlə müalicə, adı üstündə insanların müəyyən nöqtələrinə yüngülcə dağ çəkməklə həyata keçirilir. Bədənə yaxınlaşdırılan közdən isə xəstə istər-istəməz qorxur, diksinir. Bunu xatırlatmağımın səbəbi odur ki, amerikalılara indi məlum olub ki, qorxunu qorxu ilə müalicə etmək olar. Əgər bir insanın nəyəsə fobiyası varsa, elə onun vasitəsilə də qorxunu aradan qaldırmaq mümkündür. Başqa sözlə, hündürlükdən qorxursa, onu hündürlüyə çıxarmaq lazımdır, ev heyvanından qorxursa, onların arasına buraxmaq işə yarayır və s.
Mərvə Boluğur ilə Murad Dalkılıçdan MÜJDƏ
Mərvə Boluğur və həyat yoldaşı Murad Dalkılıç eyni filmdə rol alacaq. Məşhur aktrisa ilə müğənni həyat yoldaşı fanatlarına müjdə verib.
Günəş sistemində həyat tapıldı - VİDEO
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentlyinin "Cassini" planetlərarası stansiyası Saturnun təbii peyki Enseladdakı okeanların səthinin altında hidrotermal mənbələrin ola biləcəyini aşkarlayıb.
Dünyanın ən böyük balaca qızı - tam 17,2 kiloqram - VİDEO
O, daim yemək istəyir, fasiləsiz acdır. Çox yediyinə görə sürəkli kökəlir, çəkisi artır. 8 aylıq bu qızın çəkisi artıq 17,2 kiloqramdır. Balaca Çahat Kumar Hindistanın Pəncab ştatında yaşayır.
Təyyarədə sərnişini əqrəb sancdı
Xyustondan Kalqariyə uçan "United Airlines" aviaşirkətinin təyyarəsində sərnişini əqrəb sancıb. Riçard Bell adlı sərnişin yemək yediyi zaman baqaj tərəfindən onun üzərinə əqrəb düşüb və sərnişinin barmağından sancıb. Heyət üzvləri gələcək təlimatlar almaq üçün dərhal həkim ilə əlaqə saxlayıblar.
İnanılmaz yenilik: yeməli şüşələr – FOTO/VİDEO
Alimlər plastik butulkalar əvəzinə yeyilə bilən su şarları istehsal edib. “Skipping Rocks Labs” adlı innovasiya şirkəti plastik butulkalara ehtiyac duyulmadan bir paketləmə texnologiyası üzərində çalışır. Bu yenilik suyun şar şəklində xüsusi materiallarda qablaşdırmasından ibarətdir. İlk olaraq 2014-cü ildə başlanan “Ohoo” texnologiyasının inkişaf etdirilməsi nəticəsində buz topları kalsium xlorid və qəhvəyi essensiyadan düzəldilir. Buz ərisə belə şar şəklində olan su qabının təbəqəsi pozulmur və suyu sağlam şəkildə qorumağa davam edir.














