Aralıq dənizində iki mindən çox miqrant xilas edildi
15 Aprel 2017 09:32 DünyaCümə günü Aralıq dənizini keçməyə cəhd göstərən 2 mindən çox miqrant xilas edilib.
Bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətinə (SMX) istinadən "Reuters" məlumat yayıb.
Məlumata görə, ümumilikdə 19 əməliyyat həyata keçirilib.
Eyni zamanda "Sərhədsiz həkimlər" təşkilatı qayıqlardan birində yeniyetməyə məxsus meyitin aşkar edildiyini xəbər verib. İtaliyanın SMX faktı təsdiqləyib. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31