Qazaxıstanlı tələbələrin ADMİU-da elmi-təcrübi dərsləri

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın “Xoreoqrafiya sənəti” ixtisası üzrə təhsil alan I kurs magistr tələbələri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təcrübə keçiblər.

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın "Xoreoqrafiya sənəti" ixtisası üzrə təhsil alan I kurs magistr tələbələri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təcrübə keçiblər.

Universitetdən "Olaylar" - a bildirilib ki, xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ofeliya Zeynalovanın rəhbərliyi ilə tələbələr Natalya Menşikova, Aydın Berdiyarova, Saya Bakıt və Daniya Batırxanova kafedranın baş müəllimi, Əməkdar artist Pərviz Məmmədrzayevin plastika pantomoma, Əməkdar artist, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədovun klassik trenaj dərslərində və Argentina tanqosu ustad dərsində iştirak ediblər. Baletmeyster sənəti və klassik rəqs mövzuları ətrafında müzakirələr aparıb, məşqlər ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31