"SOCAR Polymer" MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib
Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarların Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan "SOCAR Polymer" Zavodunun istehsal edəcəyi hazır məhsullarla tanış edilməsi barədə tapşırıqlar verib. Bununla əlaqədar, aprelin 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və SOCAR-ın təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti – "SOCAR Polymer" MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib.
14 Aprel 2017 17:36 İqtisadiyyatNazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarların Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan "SOCAR Polymer" Zavodunun istehsal edəcəyi hazır məhsullarla tanış edilməsi barədə tapşırıqlar verib. Bununla əlaqədar, aprelin 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və SOCAR-ın təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "SOCAR Polymer" MMC-nin istehsal edəcəyi məhsullara dair tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 50-dən çox sahibkar iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sənayesinin diversifikasiyası, rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib. Biznes və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı həyata keçirilən islahatlar barədə məlumat verən nazir Şahin Mustafayev investisiya təşviqi mexanizminin yaradılması nəticəsində qısa müddətdə 130 layihəyə investisiya təşviqi sənədinin verildiyini qeyd edib. Bu layihələrin 62%-i sənaye sahəsinə aiddir və onların reallaşması nəticəsində ölkə iqtisadiyyatına 1,25 milyard manatdan çox investisiya qoyulacaq və 8 mindən çox yeni iş yeri açılacaq.