Dram Teatrının kollektivi Fatma Qədrinin məzarını ziyarət edib
Akademik Milli Dram Teatrının kollektivi və teatr xadimləri I Fəxri xiyabanda SSRİ xalq artisti Fatma Qədrinin məzarını ziyarət edib.Teatrın mətbuat xidmətindən “Olaylar” - a verilən məlumata görə, anım mərasimində çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artist Azər Paşa Nemətov Fatma Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onu səhnəmizin korifey sənətkarlarından biri kimi qiymətləndirib.
14 Aprel 2017 16:00 MədəniyyətAkademik Milli Dram Teatrının kollektivi və teatr xadimləri I Fəxri xiyabanda SSRİ xalq artisti Fatma Qədrinin məzarını ziyarət edib.Teatrın mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, anım mərasimində çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artist Azər Paşa Nemətov Fatma Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onu səhnəmizin korifey sənətkarlarından biri kimi qiymətləndirib. Anım tədbirində xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov Fatma Qədrinin həyat və yaradıcılığı haqqında məlumat verərək, onun həyatındakı maraqlı hadisələri mərasim iştirakçıları ilə bölüşüblər.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.