Riyaziyyat və Mexanika İnstitutunda məktəblilər üçün seminar

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə keçirilib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunda "Elm və təhsilin inteqrasiyası" proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə keçirilib.

İnstitutun Cəbr və riyazi məntiq şöbəsinin aparıcı elmi işçisi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədovun apardığı mühazirə "Koşi-Bunyakovski bərabərsizliyi, ədədi, həndəsi və harmonik ortalar arasında münasibət" mövzusuna həsr olunub.

Mühazirədə populyar dildə Koşi-Bunyakovski bərabərsizliyi isbat edilib, həmçinin müxtəlif tətbiqi məsələlərə baxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31