İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istəyən iki nəfər saxlanılıb
12:06 Hadisəİrandan Azərbaycana 16 kiloqram 128 qram narkotik vasitə keçirməyə cəhd göstərən iki İran vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki nəfərin İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.
Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, ərazi qapadılıb və sərhəd pozucularının saxlanılması üçün zəruri tədbirlər görülüb.
Kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31