Musiqili Teatrda Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq
Bu il böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq artisti, “Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 85 ili tamam olur. Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Hacıbaba Bağırovun 85 illik yubileyi Musiqili Teatrında qeyd olunacaq.
14 Aprel 2017 15:00 MədəniyyətBu il böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq artisti, "Şöhrət" ordenli Hacıbaba Bağırovun anadan olmasının 85 ili tamam olur. Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, Hacıbaba Bağırovun 85 illik yubileyi Musiqili Teatrında qeyd olunacaq. Teatrın rəhbərliyi böyük gülüş ustasının yubileyi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. "Yaratdığı bənzərsiz obrazlarla Azərbaycanın teatr və kino tarixinə adını qızıl hərflərlə yazmış böyük sənətkarımızın məzarı doğum günü - 12 iyun tarixində kollektivimiz tərəfindən ziyarət olunacaq. İyunun 11-də isə vaxtı ilə onun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" iki hissəli musiqili komediyasının nümayişi nəzərdə tutulur. Yubiley tədbirləri çərçivəsində teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət sərgi də təşkil olunacaq.