Gündəm
London klubunda ciddi itki
Mövsümü qeyri-stabil keçirən "West Ham United" ciddi itki ilə üzləşib. Slaven Biliçin komandasında Maykl Antonio zədələnərək mövsümü başa vurub. Bu barədə baş məşqçinin özü məlumat verib. "Antonio uzun müddətə sıradan çıxıb. O, hər oyunda yaxşı çıxış edirdi" - Biliç qeyd edib. Bu mövsüm 27 yaşlı havbek 29 oyun keçirib və 9 qol vurub.
"Maskerano, Messi və..."
Argentina millisinin sabiq çalışdırıcısı Edqardo Bausa Mauro İkardini milliyə dəvət etməməsində kənar təsirin olmadığını bildirib. Təcrübəli mütəxəsis bunları deyib: "Maskerano, Messi və heç kim hansısa futbolçunu milliyə dəvət edib-etməməklə bağlı mənə göstəriş verməyib. Son 8 ayda heç bir futbolçu problem yaratmayıb. Buna görə futbolçulara təşəkkür edirəm. İkardi ilə görüşmüşəm. Bilirdi ki, istənilən vaxt onu milliyə dəvət edə bilərəm. Amma futbolçulardan heç birinin Mauro ilə fikir ayrılığı olmayıb".
Melo təhqir olundu
Felipe Melo irqçiliyə məruz qalıb. Libertadores Kuboku çərçivəsində "Palmeiras"ın "Penarol"u 3:2 hesabı ilə məğlub etdiyi matçda baş verib.
M.P.Vaqifin 300 illik yubileyi qeyd olunacaq
Bu il Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi tamam olur. 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur.
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə edilib
Binəqədi Rayon İcra Hakimiyyətində “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda məlumat saatı keçirilib.
Azərbaycan həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirir
“Azərbaycan Şərqlə Qərb arasında bir körpüdür. Azərbaycan xalqı nadir xalqlardandır ki, həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirir. Zəngin milli dəyərlərimiz də buradan qaynaqlanır”.
Türkiyədə terror törətməyi planlaşdırmaqda şübhəli bilinən İŞİD-in 5 üzvü tutulub
İstanbul polisi terrorçu İŞİD qruplaşmasının 5 üzvünü tutub. Onlar aprelin 16-da Türkiyədə keçiriləcək referendum zamanı terrorlar törətməyi planlaşdırmaqda şübhəli bilinirlər. Onlar kəşfiyyat məlumatları əsasında tutulublar.
Bakıda asfalt örtüyü Formula 1-ə hazır vəziyyətə gətirilir
Azərbaycanda Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün aprelin 15-də təmir-bərpa işlərinə başlanılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, mayın 1-dək davam edəcək prosesdə trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyü çəkiləcək və həmçinin, bütövlükdə trekə baxış keçirilərək ehtiyac olan yerlərdə asfalt örtüyündə təmir-bərpa işləri aparılacaq.
Türkiyə mühüm siyasi seçim ərəfəsində
Türkiyə bir tərəfdən Yaxın Şərqdə öz mövqelərini qorumaq, regionda öz varlığını hissi etdirmək üçün Qərblə kəllə-kəllə gəldiyi halda, digər tərəfdən daxildə ölkənin gələcəyi üçün mühüm bir siyasi aksiyanın ən son mərhələsindədir. Söhbət aprelin 16-da qardaş ölkədə baş tutacaq ümumxalq səsverməsi-referendumdan gedir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilib
Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklərə baxılıb. “Olaylar” xəbər verir ki, aşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi irəli sürülüb. Azərbaycan Mətbuat Şurası tərəfindən Həsrət Azər Hacıqulu oğlu, Məmmədli Yadigar Tarix oğlu, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən İmanov Muxtar Kazım oğlu, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Cəfərov Həsən Şahhüseyn oğlu, Cəfərov Əli Səfər oğlu.
Deputatdan ittiham: "Restoranlarda camaata at-eşşək əti yedirirlər"
Milli Məclisin aprelin 14-də keçirilən iclasında deputat Fazil Mustafa Hesablama Palatasının hesabatında nöqsan kimi xarakterizə olunan faktlara diqqət çəkib. “Olaylar”ın xəbərinə görə, deputat deyib ki, 11,3 milyon manat 75 min və 17 min avro məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılmasından söhbət gedir”.
Siyavuş Novruzov: “O pullar necə oldu?”
"Dövlət büdcəsindən mənimsənilən vəsaitlərin geri qaytarılması ən ali şərtlərdən biridir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zaman deyib: “Dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzanın növündən asılı olmayaraq əgər dövlət vəsaiti geri qayıtmırsa, o cəzanın nə əhəmiyyəti var?” Onun sözlərinə görə, kimsə qohum-əqrabasının vasitəsilə külli miqdarda pulu ölkədən çıxarsa və o vəsaitlər qayıtmayacaqsa, o cəzanın nə əhəmiyyəti var?! Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək”.
Daşkənddə keçirilən “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində Azərbaycan da təmsil olunur
Daşkəndin “Уzkurqazmasavdo” mərkəzi sərgi salonunda “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə sərgidə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edir.
Psixoloq: “Valideynlər uşaqları məktəbə hazırlayarkən diqqətli olmalıdırlar”
“Hər zaman nazları çəkilmiş, hər istədiklərini əldə etmiş kiçik yaşlı uşaqlar məktəb həyatına başlayanda müəyyən məsuliyyətləri dərk edir və kollektivə, müəlliməyə, qaydalara adaptasiya olana qədər çətin prosesdən keçirlər. Ona görə, valideynlər övladlarını məktəb həyatına öncədən düzgün hazırlamalıdırlar”. Bunu psixoloq Gülnarə Muxtarova deyib.
Buludlu hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.














