"Maskerano, Messi və..."
Argentina millisinin sabiq çalışdırıcısı Edqardo Bausa Mauro İkardini milliyə dəvət etməməsində kənar təsirin olmadığını bildirib. Təcrübəli mütəxəsis bunları deyib: "Maskerano, Messi və heç kim hansısa futbolçunu milliyə dəvət edib-etməməklə bağlı mənə göstəriş verməyib. Son 8 ayda heç bir futbolçu problem yaratmayıb. Buna görə futbolçulara təşəkkür edirəm. İkardi ilə görüşmüşəm. Bilirdi ki, istənilən vaxt onu milliyə dəvət edə bilərəm. Amma futbolçulardan heç birinin Mauro ilə fikir ayrılığı olmayıb".
14 Aprel 2017 14:08 İdmanArgentina millisinin sabiq çalışdırıcısı Edqardo Bausa Mauro İkardini milliyə dəvət etməməsində kənar təsirin olmadığını bildirib. Təcrübəli mütəxəsis bunları deyib: "Maskerano, Messi və heç kim hansısa futbolçunu milliyə dəvət edib-etməməklə bağlı mənə göstəriş verməyib. Son 8 ayda heç bir futbolçu problem yaratmayıb. Buna görə futbolçulara təşəkkür edirəm. İkardi ilə görüşmüşəm. Bilirdi ki, istənilən vaxt onu milliyə dəvət edə bilərəm. Amma futbolçulardan heç birinin Mauro ilə fikir ayrılığı olmayıb". Goal.az