Türkiyə mühüm siyasi seçim ərəfəsində
Türkiyə bir tərəfdən Yaxın Şərqdə öz mövqelərini qorumaq, regionda öz varlığını hissi etdirmək üçün Qərblə kəllə-kəllə gəldiyi halda, digər tərəfdən daxildə ölkənin gələcəyi üçün mühüm bir siyasi aksiyanın ən son mərhələsindədir. Söhbət aprelin 16-da qardaş ölkədə baş tutacaq ümumxalq səsverməsi-referendumdan gedir.
14 Aprel 2017 13:50 DünyaQardaş ölkə vətəndaşları Türkiyənin güclənməsinə səs verəcəklər
Türkiyə bir tərəfdən Yaxın Şərqdə öz mövqelərini qorumaq, regionda öz varlığını hissi etdirmək üçün Qərblə kəllə-kəllə gəldiyi halda, digər tərəfdən daxildə ölkənin gələcəyi üçün mühüm bir siyasi aksiyanın ən son mərhələsindədir. Söhbət aprelin 16-da qardaş ölkədə baş tutacaq ümumxalq səsverməsi-referendumdan gedir. Türkiyə Konstitusiyasına edilməsi nəzərdə tutulan dəyişikliklər ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənsə də, lakin bu dəyişikliklərə qarşı çıxanlar da yox deyil. Konstitusiya dəyişikliklərinə qarşı olanlar sırasında isə ən öndə gedəni Cümhuriyyət Xalq Partiyasıdır. Lakin sözügedən partiyanın ildən-ilə azalan nüfuzu, hər seçkidə qarşısına qoyduğu hədəfə çata bilməməsi CHP-nin referendumda cəmiyyətin iradəsinə təsir edə bilməyəcəyiu əminliyini yaradır. Digər tərəfdən Türkiyə vətəndaşları Konstitusiya dəyişikliyinin etirazçıların qələmə verdiyi kimi hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin güclənməsi kimi deyil, məhz Türkiyənin güclənməsi, daha qüdrətli bir ölkə olmasına hədəfləndiyini bilərək referenduma çıxarılacaq dəyişikliklərə "hə" deyirlər.
Konstitusiya dəyişikliklərinin ayrı-ayrı şəxslərin, hakimiyyətlərin və ya prezidentin mövqelərinin möhkəmlənməsinə yox, məhz Türkiyənin bir dövlət kimi güclənməsinə xidmət etdiyi qardaş ölkəyə artan xarici təzyiqlərin fonunda da aydın görünür. 16 aprel referendumu ərəfəsində bəzi Avropa dövlətlərinin Türkiyəyə qarşı sərgilədiyi ədalətsiz mövqe də onu deməyə əsas verir ki, qardaş ölkənin bundan sonrakı siyasi gücünün artması xarici dairələrdə, Türkiyəni istəməyən qüvvələrdə ciddi qıcıq yaradır. Ona görə də hazırda bütün səylər referendum ərəfəsində Türkiyəyə siyasi təzyiqləri artırmağa yönəlib. Ancaq indiyə qədər bütün sınaqlardan üzüağ çıxan Türkliyənin 16 aprel referendumunu da uğurla başa vuracağı şübhəsizdir.
Bu birmənalıdır ki, qardaş ölkədə baş verən hər bir mühüm hadisə Azərbaycanda da diqqətlə izlənməkdədir. O cümlədən 16 aprel referendumu. "Güclü Türkiyə güclü Azərbaycan deməkdir" prinsipini əsas götürən Azərbaycan vətəndaşları da Türkiyədə aprelin 16-da keçirilıcək ümumxalq səsverməsinin uğurla başa çatacağından və Türk xalqının konstitusiya dəyişikliklərinin lehinə səs verəcəklərindən əmindirlər.

Elə politoloq Ramiz Alıyev də belə düşünür. 16 aprel referendumu öncəsi konstitusiya dəyişikliklərini dəstəklədiyini bildirən Ramiz Aliyev də qeyd edib ki, "Güclü Türkiyə, Güclü Azərbaycan deməkdir". Politoloq bildirib ki, Türkiyənin kritik 16 Aprel ümumxalq səsverməsi qardaş ölkə olan Azərbaycanın da gündəmində və diqqətindədir. Ramiz Alıyev əmin olduğunu bildirib ki, 16 Aprel ümumxalq referendumunun nəticəsi olaraq səsvermə qutularından konstitusiya dəyişikliklərinə dəstək qərarı çıxacaq: " Türk xalqı, güclü Türkiyə üçün qardaşlarımız bu dəyişikliklərə "bəli" deyəcək. Çünki yuxarıda da qeyd etdiyim kimi "Güclü Türkiyə, güclü Azərbaycan deməkdir". Türkiyənin mövqe etibarilə regionda ən mühüm ölkələrdən biri olduğuna diqqət çəkən Ramiz Aliyev deyib ki, yerləşdiyimiz coğrafiyada baş verən proseslər göstərir ki, Türkiyənin gücünü və sabitliyini mühafizə etməsi təkcə qardaş Türkiyə xalqı üçün deyil, bütün region üçün əhəmiyyətlidir. Bu mənada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın atmış olduğu addımlar da təqdirəlayiqdir. Rəcəb Tayyib Ərdoğan Türkiyəni inkişaf etdirib layiq olduğu böyük güclər arasında qərarlaşdıra biləcək yeganə liderdir. Düşçünürəm ki, Türkiyə vətəndaşları, qardaşlarımız bu səbəblə Rəcəb Tayyib Ərdoğana dəstək olmalıdır. Həmçinin Türkiyənin güclənməsi məqsədilə Ərdoğana verdikləri dəstək davamlı xarakter daşımalıdır". Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə olan dostluq əlaqələrinə, eləcə də Ankara ilə Bakı arasında olan dostluq-qardaşlıq münasibətlərinə diqqət çəkən politoloq Ramiz Alıyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qardaşlığı, dostluğu bölgəmizdəki bir çox dövlət üçün nümunə təşkil edir: "Bu qardaşlıq duyğusu Türk və Azərbaycan vətəndaşlarını sevindirir. Biz bu dostluq və qardaşlıq duyğusunun davam etməsini istəyirik. Hesab edirəm ki, Türkiyə gücləndikcə, Azərbaycan da güclənəcəkdir".
S.İsmayılbəyli