Uqanda Somalidən qoşunlarının çıxarılmasına başladığını elan etdi-ÖZƏL
15:34 DünyaUqanda təxminən 20 ildir qoşunlarının yerləşdiyi Somalidən hərbi kontingentini çıxarmağa başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi Uqanda ordusunun bazar ertəsi verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, qoşunların geri çəkilməsi Somali hökumət qüvvələri ilə ölkənin əhəmiyyətli bir hissəsinə nəzarət edən "Əş-Şəbab" terror qruplaşması arasında davam edən qarşıdurma fonunda başlayır. Uqanda portalının "ChimpReports"a verdiyi məlumata görə, 109 nəfərlik Uqanda əsgərindən ibarət ilk qrup 30 oktyabrda Moqadişudan ayrılıb. Bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31