Lutskda rabitə obyektlərinə PUA hücumu: "Luqakom"un fəaliyyəti iflic olub – ÖZƏL
15:32 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-ların Luqanskda rabitə obyektlərinə hücumu nəticəsində "Luqakom" internet provayderinin və Luqansk Telefon Şirkətinin binaları zədələnib. Məlumata görə, server avadanlıqlarının sıradan çıxması səbəbindən internet provayderinin fəaliyyəti tamamilə iflic olub. Hücum zamanı xəsarət alan olmasa da, mülki infrastruktura, yaşayış binalarına, mağaza, musiqi məktəbi və şəhər muzeyinə də ziyan dəyib. Hazırda ərazidə fəsadların aradan qaldırılması işləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31