Gündəm

Nazirlik şikayətlərlə bağlı açıqlama yaydı

14 Aprel 2017 13:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti sahələr üzrə daxil olan şikayətlərlə bağlı açıqlama yayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, şikayət xarakterli müraciətlərin sayı 5,2 dəfə azalıb. Belə ki, nazirliyə 91 şikayət daxil olub.

Türkiyə malları Ermənistan bazarında

14 Aprel 2017 13:26

Ermənistanda dərc edilən “Haykakan Jamanak” qəzeti rəsmi mənbələrə istinadən xəbər verir ki, Türkiyədə istehsal edilən mallar Ermənistan bazarında mövqelərini möhkəmləndirir.

Paytaxt sakinləri qorxu içində - Qurumlar isə biganədir - VİDEO

14 Aprel 2017 13:24

Bu problemlə paytaxt sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, gecələr də itlərin boğuşmasından göz yummaq mümkün olmur. Düzdür, bu haqda kifayət qədər danışılsa da, paytaxt küçələrində toplu şəkildə gəzən "sahibsiz dördayaqlı"lar hələ də sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Onlar quduzluq xəstəliyinin yayılmasından tutmuş insanların fərdi təsərrüfatına zərər vurmağa və hər zaman qorxu altında yaşamasına səbəb olur.

Deputat: "Milli Məclisdə büdcəyə nəzarət komitəsi yaradılsın"

14 Aprel 2017 13:21

“Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Lakin aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsini istəyirik”. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı deyib.

Deputat: "Bəzi qurumlarda maliyyə nizam-intizamı ilə bağlı ciddi problemlər var"

14 Aprel 2017 13:20

"Auditin aparıldığı bütün dövlət orqanlarında bu və ya digər maliyyə pozuntularına yol verilib və bu, çox üzücü haldır. Deməli, ölkədə maliyyə nizam-intizamı ilə bağlı ciddi problemlər var".

QHT layihələrinin icrasının effektivliyi müzakirə olunacaq

14 Aprel 2017 13:19

Aprelin 18-də Azərbaycan Respublikasının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının konfrans zalında Şura üzvü Rufiz Qonaqlovla QHT-lərin görüşü keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, görüş 2017-ci ilin 1-ci Qrant müsabiqəsində İqtisadi və sosial sahələrin inkişafına dair ictimai təşəbbüslər, İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər, Aqrar sektorda və kiçik biznesdə əhalinin məşğulluğunun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması ilə bağlı hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi mövzuları üzrə maliyyələşən və digər arzu edən QHT-lərlə olacaq. Görüşdə layihələrin icrasının effektivliyinin artırılması və bir sıra vacib istiqamətində fikir mübadiləsi aparılacaq

Aparılan islahatlar səmərəli nəticə verir

14 Aprel 2017 13:18

“Azərbaycanda 2015-2016-cı illərdə bütün sahələrdə başlayan dərin islahatlar dünyada baş verən böhran xarakterli proseslərə cavab idi. Artıq qısa müddətdə bu islahatların nə qədər səmərəli olduğunun şahidi olduq”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekelogiya komitəsinin sədr müavini Kamran Nəbizadə səsləndirib. O, bildirib ki, sənaye istehsalının və kənd təsərrüfatının inkişafı prioritet təşkil edən məsələlərdir və bu sahələrdə artıq müsbət nəticələr mövcuddur: “Bu ilin birinci rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənaye sektoru 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb.

Palata sədri: "Bəzi vəzifəli şəxslər barəsində zəruri tədbirlər görülməyib"

14 Aprel 2017 13:16

“2016-cı il üzrə nəzarət tədbiri kimi audit aparılan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub".

Deputat: “Avantürist layihələrə külli miqdarda dövlət vəsaiti ayrılıb”

14 Aprel 2017 13:15

“Bununla yanaşı, məlumunuz olduğu kimi, ötən illərdə çox avantürist layihələrə külli miqdarda dövlət vəsaiti, kreditlər ayrıldı, həmin vəsaitlərin böyük əksəriyyəti də ölkədən kənara çıxarıldı. Palata niyə vaxtında bunlara diqqət yetirməyib?” Bunu parlamentdə Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Fərəc Quliyev deyib.

Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir

14 Aprel 2017 13:08

Cari ilin aprel ayının 7-də ölkə Prezidenti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun, 12 aprel 2017-ci il tarixdə isə həmin Qanunun qüvvəyə minməsi ilə əlaqədar Fərman imzaladı.

Dolların ucuzlaşması davamlı olacaqmı?

14 Aprel 2017 13:05

2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra baş verən manat-dollar rəqabəti hazırda da davam edir. Məlum olaylardan sonra dollar əksər ölkələrin milli valyutası kimi Azərbaycan manatına da təsirsiz ötüşmədi və kəskin şəkildə bahalaşdı.

Məscidlərlə bağlı Azərbaycan dövlətinin öz gözəl siyasəti var

14 Aprel 2017 13:02

Azərbaycanda yenidən süni şəkildə gərginlik yaratmaq cəhdləri müşahidə edilməkdədir. Söhbət Sovetski deyilən ərazidə “Hacı Cavad” məscidi ətrafında yaranan qalmaqaldan gedir.

Türkiyəyə hücum üçün Soros 500 min dollar ÖDƏDİ: DE-ŞİFRƏ OLAN PLAN

14 Aprel 2017 13:01

Yunanıstanın Avropada Türkiyəyə qarşı yaratdığı lobbi şirkəti de-şifrə oldu. Yunan hökumət Corc Sorosa bağlı olan siyasi mütəxəssis Hovard McKeona “Dorelita” adlı şirkət qurdurub. Bu şirkət yunan vəkil İraklis Fidetzisin adına qeydiyyatdan keçib. Rəsmi Afina Türkiyəyə qarşı hücumlar üçün McKeona 500 min dollar pul ödəyib.

Parlamentdə yeni işçi qrupu yaradılır

14 Aprel 2017 12:58

Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. “Olaylar” xəbər verir ki, bu məsələ aprelin 14-də keçirilən Milli Məclisin plenar iclasında baxılacaq. Bu, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə edilir. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili  Vüsal Hüseynovun seçilməsi gözlənilir.

Vüqar Gülməmmədov: "Ötən il 825 nöqsan və pozuntu aşkarlanıb"

14 Aprel 2017 12:57

Hesablama Palatasının 2016-cı ilin İş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərinin 2-si növbəti ilə saxlanılıb.