Türkiyə malları Ermənistan bazarında

Ermənistanda dərc edilən “Haykakan Jamanak” qəzeti rəsmi mənbələrə istinadən xəbər verir ki, Türkiyədə istehsal edilən mallar Ermənistan bazarında mövqelərini möhkəmləndirir.

Ermənistanda dərc edilən "Haykakan Jamanak" qəzeti rəsmi mənbələrə istinadən xəbər verir ki, Türkiyədə istehsal edilən mallar Ermənistan bazarında mövqelərini möhkəmləndirir.

Qəzet bununla bağlı yazır: "Ötən ilin yanvar-fevralk aylarında Türkiyədən Ermənistana 12 milyon dollarlıq mal ixrac edilmişdisə, bu ilin eyni dövründə həmin göstərici 24 milyon dollar təşkil edib".

"Ermənistanın ümumi idxalında Türkiyə malları 5,1% təşkil edir. Belə çıxır ki, gömrük qiymətlərinin bahalaşması barədə danışılanlar süni xarakter daşıyır", - mənbə qeyd edir. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31