Deputat: "Milli Məclisdə büdcəyə nəzarət komitəsi yaradılsın"

“Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Lakin aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsini istəyirik”. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı deyib.

"Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Lakin aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsini istəyirik". Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı deyib.

Ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyən deputat söyləyib ki, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzalar daha da sərt olmalıdır. Q. Həsənquliyev həmçinin parlamentdə Büdcə və büdcəyə nəzarət komitəsinin yaradılmasını təklif edib: "Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyası da iştirak edirlər. Lakin dünya təcrübəsinə baxsaq, görərik ki,  digər ölkələrin parlamentində yaradılan quruma müxalifəti təmsil edən deputatlar nəzarət edir. Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31