Gündəm
Dünyanın ən təhlükəli ölkələri - Siyahıda Ermənistan da var
Dünya İqtisadi Forumunun (WEF) reytinq cədvəlində Ermənistan ən təhlükəli ölkələr sırasında 84-cü yeri tutub. WEF-in ekspertləri bu məsələdə 136 ölkəni qiymətləndirib. Cədvəl müxtəlif amillər əsasında, biznes mühiti, təhlükəsizlik, sağlamlıq, qida, silahlı münaqişələrin mövcudluğu, cinayət və terror təhlükəsi səviyyəsinə görə hazırlanıb.
Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı onların işə qəbul üzrə müsabiqədən kənar, qeyri-qanuni yolla qəbul edilməsi hallarına rast gəlinib-gəlinməməsinə münasibət bildirib.
Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”
“Bu ildən Bakı məktəblərinə I sinfə şagird qəbulu zamanı mikro-ərazi prinsipi əsas götürülür. Əminəm ki, bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Qadın küçədə ərini süpürgə ilə "çırpdı" - Pulu olmadığına görə - FOTO
Türkiyənin Balıkesir şəhərində qadın üstündə pulu olmayan ərini küçədə süpürgə ilə döyüb. Yaxınlıqdakı binanın sakini tərəfindən mobil telefonun kamerasına çəkilən qəribə hadisə ötən həftənin çərşənbə günü saat 21:30-da Camivasat mahalının Gazi küçəsində baş verib.
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində növbəti zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Bakı vaxtı ilə saat 00:03-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 62 km dərinlikdəki 3 maqnitudalı zəlzələ hiss olunmayıb.
Türkiyəni çətin sınaq gözləyir: "Referendum ərəfəsində terror olacaq"
Türkiyədə aprelin 16-da referendum keçiriləcək. Ümumxalq səsverməsində 51 milyon seçicinin iştirakı gözlənilir. Qardaş ölkənin taleyini müəyyənləşdirəcək referendum dünyanın diqqət mərkəzindədir. Hazırkı situasiya referendumun gərgin keçəcəyindən xəbər verir. Müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyir. Cümhuriyyət Xalq Partiyası (CHP) və kürd yönümlü Xalqların Demokratik Partiyası (HDP) isə referenduma qarşıdır.
"O uşaqların cəsədlərindən də istifadə ediblər" - Bəşər Əsəd - VİDEO
"İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici bombaların atılması barədə deyilənlər yüz faiz yalandır. ABŞ bu saxtalaşdırılmış məsələdən yararlanaraq, ondan Homs vilayətindəki Şayrat aviabazamızı bombalamaq üçün istifadə etdi. Lakin Birləşmiş Ştatların qanadlı raketlərlə zərbələri Suriya ordusunun döyüş qüdrətinə əsla təsir etmədi".
Paytaxtın bir neçə istiqamətində hərəkət məhdudlaşdırılır
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən aprel ayının 21-də Lənkəran şəhərində vətəndaşlar qəbul ediləcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, şəhər Mədəniyyət Mərkəzində baş tutacaq qəbulda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcək.
Məmurların uşaqlarının xaricdə oxumasını qadağan edən layihə rədd edildi
Dövlət duması məmurların uşaqlarına xaricdə oxumağı qadağan edən qanun layihəsini rədd edib. Rusiya bu ideyanı məqsədə uyğun hesab etmir.
Nüvə silahından istifadəyə bir neçə saat qaldı – Yarımadada "qırmızı həyəcan"
Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) rəhbərliyi ilə ABŞ dövləti arasında yaranan gərginlik nüvə müharibəsi riskini daha da artırıb. Şimali Koreya lideri Kim Çen İnin ABŞ-a qarşı hərbi təhdidlərindən sonra ABŞ hərbi dəniz donanmasının aid nəhəng “USS Carl Vinson” təyyarədaşıyanı və döyüş gəmiləri Koreya yarımadası sularına daxil olub.
Ermənilər Eldar Qasımova HÜCUM ETDİ: ŞOK HADİSƏ- YENİLƏNİB
“Bu bədxah ermənilər tərəfindən mənə qarşı aparılmış təxribatdır. Səhərdən bəri səhifəmə daxil ola bilmirəm. Yalnız onu deyə bilərəm ki, artıq komandam erməni hakkerlər tərəfindən oğurlanan instaqram hesabımın qaytarılması üzrində çalışır. Bu dəqiqələrdə öyrəndim ki, bu, dövlət səviyyəsində hakkerlərin işidir”.
Beyninə qan sızan müğənnidən bir yaxşı, bir pis xəbər
Məşhur müğənni İbrahim Erkalın dünən beyninə qan sızdığı və əməliyyat olunduğu haqda məlumat vermişdik. Onun vəziyyəti hələ də ağır olaraq qalır. Bu barədə məlumatı həkimlər bugünkü açıqlamalarında veriblər.
İslamiadada Bakı məktəblərində dərslər təxirə salınacaq?
Bakı Şəhəri üzrə Təhsil İdarəsi mayın 12-dən başlayaraq Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt məktəblərində dərs vaxtında hansısa dəyişikliklərin olub-olmayacağına münasibət bildirib.
Ukrayna polisi: Kiyevdə terakt törətməyə hazırlaşan Rusiya vətəndaşı saxlanılıb
Ukrayna polisi Kiyev vilayətində silahlı Rusiya vətəndaşının saxlanıldığını bəyan edib. Üzərində həmçinin partlayıcı qurğu aşkarlanan rusiyalı terror aktı törətməyə hazırlıqda şübhəli bilinir. Ukrayna Milli Polisinin rəisi Sergey Knyazev bildirib ki, hazırda 33 yaşlı Rusiya vətəndaşının ölkəyə hansı məqsədlə gəldiyi araşdırılır.














